Qadin.NET / Hədiyyə ilə bağlı etiket qaydaları

Hədiyyə ilə bağlı etiket qaydaları

Hədiyyə ilə bağlı etiket qaydaları

Özünüzə sual verin: siz özünüzü cəmiyyətdə apara, ünsiyyətdə xoş ola bilirsinizmi? Evdə, qonaqlıqda, küçədə, teatrda davranış qaydalarına riayət edirsinizmi? Axı hər vəziyyət özünəməxsus qaydalara riayət etməni tələb edir. Tərbiyəli insan üçün müvəffəqiyyət qazanmaq, iş qurmaq daha asandır, çünki o istənilən cəmiyyətdə özünü aparmaği bacaracaq. Buna görə özünüzü nümunəvi aparmaqdan vaz keçməyin, hansı ki, istənilən vəziyyətdə özünüzü asan və rahat hiss etməyə icazə verəcək. 

Hədiyyə ilə bağlı etiket qaydaları 

Hədiyyə - həssas məsələdir. Heç bir insan hədiyyəyə qarşı laqeyd qalmaz.  Hətta siz hədiyyələr almağı sevməsəniz belə  hədiyyə etməyi yəqin ki, sevirsiniz. Siz doğmalarinizi, yaxınlarınızı güllər, oyuncaqlar  hədiyyə etməklə sevindirə bilərsiniz.

İnsanda erkən yaşlarından hədiyyə etmək arzusunu tərbiyə etmək lazımdır. Uşaq yalnız qəbul etməyi və verməyi öyrənməməlidir, o hədiyyə seçməyi və hədiyyə etməyi öyrənməlidir. Hədiyyə sizin zövqünüzdən, fantaziyanızdan, ixtiraçılığınızdan, və ən  əsasi – o insana olan diqqətinizdən xəbər verir. Hədiyyə simvolik məna daşıyır. Bu hisslərin ifadəsinin xüsusi formasıdır. Sevgiylə hazirlanmış hədiyyə  təqdim etdiyiniz insan üçün böyük dəyərə malikdir. Güllərdən başqa bütün hədiyyələri qablaşdırılmış formada vermək lazımdır, əlbəttə ki, təbrikdən dərhal sonra.  

Hədiyyə ilə bağlı etiket qaydaları

Təbrik etmək üçün lazımlı ifadələr:

Sizi (səni) təbrik edirəm...

Sizi ad günü münasibətilə təbrik edirəm!

Yeni iliniz (8 mart bayraminiz və s. ) mübarək!

Mən sizi (səni) təbrik etmək istəyirəm... 

Təbrik edənin hisslərini əks etdirmək üçün təbrikə xüsusi emosional çalarlar qatan  ifadələr:

Səmimi qəlbdən sizi (səni) təbrik edirəm!

Sizi(səni) ürəkdən təbrik edirəm! 

Rəsmi görüşlər üçün uyğun olan ifadələr:

İcazə verin sizi təbrik edim!

Mənim təbriklərimi qəbul edin...

Mənim ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin sizi … adından təbrik edim…

Hədiyyəmi qəbul etsəniz sevinərəm!

Hədiyyə ilə bağlı etiket qaydaları

Hədiyyə verərkən çoxları özlərini  itirirlər və nə deyilməsi lazım olduğunu bilmirlər.

Bu halda standart ifadələrdən istifadə etmək olar:

Mən sizə (sənə) hədiyyə etmək istəyirəm...

Ad günü (Yeni il, 8 Mart və s.)  münasibəti ilə hədiyyəmi qəbul edin… 

Qeyri-rəsmi vəziyyətdə bu tip ifadələr münasibdir:

Bu da məndən sənə hədiyyə!

Buyurun (buyur), bu  hədiyyə sizin (sənin) üçündür!  

Hədiyyə ilə bağlı etiket qaydaları





31 oktyabr 2011
GO BACK