1. Doğru saatlarda günəşə çıxmalı
Çillər çox vaxt günəş şüallarından qaynaqlansa da, genetik səbəblərdən də ortaya çıxa bilir. Uşaqlıq dövründə ortaya çıxan çillərin səbəbi genetik olsa da, orta yaşda çıxan çillərin səbəbi isə adətən günəş şüalarıdır. 11:00 - 16:00 saatları arasında günəşə çıxmamaq lazımdır.
2. Günəş qoruyucusu istifadə etməli
Günəşdən qoruyan kremlər, yay aylarında istifadə edilsə də, çilli insanların həm yay, həm də qış aylarından istifadə etməsi tövsiyə edilir. Günəş kremi seçərkən dəri tipinizə uyğun olanı seçməlisiniz. Günəş kremi, xüsusilə, yay aylarında istifadə edildikdə 2 saatdan bir yenilənməlidir.
3. Gündən günə tündləşirsə, mütəxsissə müraciət etməli
Çil xəstəlik deyil. Ancaq bəzi hallarda xəstəlik xəbərçisi ola bilər. Xüsusilə, ağız, dodaq ətrafında yaranan çillər gündən günə tündləşirsə, xəstəlik göstəricisi ola bilər.
4. Sağlam qidalanma vərdişi yaratmalı
Çil ləkəsinin rəngini açmaq üçün təbii üsullardan istifadə etmək olar. Limon ləkələr üçün istifadə olunur. Həssas dəriniz varsa, həkimlə məsləhətləşmədən limon istifadə etməyin. Dəri ləkələrinin qarşısını almaq üçün ən vacib tədbirlərdən biri qidalanma vərdişini dəyişməkdir. C vitamini baxımından zəngin olan qidalar dərinin sağlam görünməsinə səbəb olar.