İş və istirahətin vaxtını bilək.
İşiniz çox olduğunda, uzun müddət iş görəcəyinizi düşünərək üzülməyin.
Uzun müddət iş gördükdə sıxılmamaq üçün hər 30 dəqiqədən bir fasilə edin. Məsələn, 30 dəqiqə işlədikdə 5 dəqiqə fasilə edin, yetməzsə, bu 5 dəqiqəni uzadıb 10 dəqiqə edə bilərsiniz. Yetər ki, iş vaxtınız fasilədən ən azı 3 dəfə çox olsun.
Alimlərin fikrincə insana dincəlmək üçün 2 dəqiqə belə vaxt yetər. Lakin bu fasilə zamanından düzgün istifadə etmək lazımdır. Fasilə vaxtını siz kompyuterdə oyun oynamaq və ya saytlara nəzər salmaqla keçirsəniz heç də dincəlmiş olmayacaqsınız. Yaxşı olar ki, bu zaman ərzində siz pəncərədən çölə baxın və ya gözlərinizi yumub birazca gözlərinizin dincəlməsinə kömək olun.
Planlı şəkildə iş görməyə çalışın. Işlərinizi 1 həftəlik, aylıq hətta illik planlaşdırın.
Heçnədən qorxmayın, hansısa bir uğursuzluğun sizi ruhdan salmasına yol verməyin, daima irəliyə doğru baxın. Hər səhər 2 dəqiqəlik olsa belə idman edin. Bu sizi gün ərzində gümrah saxlayacaqdır.
Bütün bu məsləhətlərlə yanaşı tənbəllikdən əziyyət çəkən insan özü düşünüb, haradan və nədən bu tənbəlliyin yaranmasını araşdırmalıdır. Hər keçən dəqiqənin nə qədər önəmli olduğunu bilməlidir.
Belə bir ifadə var: “yalnız sağlamlığından və işindən ötrü hər gün mübarizə aparan insan mübarizə etdiklərinə layiqdir”
Bəs siz necə tənbəlliyi aradan qaldırmaq üçün nələr edirsiniz?