Qadin.NET / Tənbəlliyi aradan qaldıraq (3-cü hissə)

Tənbəlliyi aradan qaldıraq (3-cü hissə)

Tənbəlliyi aradan qaldırmağın əsas qaydaları.

Tənbəlliyi aradan qaldırmaq üçün onun əsil səbəblərini tapmalıyıq. Insan özü – özündə tənbəlliyinin səbəblərini araşdırmalıdır.  Necə deyərlər: “əgər sənə ox dəyibsə, ilk öncə oxu çıxartmağa çalış, sonra bunu kimin və nə üçün etdiyini öyrənərsən”.

 

Sadəcə iş görməyə başla.

Daha çətinliklər haqda düşünməyin. Kim necə qiymət verəcək, necə alınacaq fikirlərini söndürüb işləməyə başlayın.

 

 

 

Asan görünən işdən başlayın. 

Sizə asan gələn işin öhdəsindən uğurla gəldikdə daha da həvəslənəcəksiniz. Bu sizə işlərinizi davam etməkdə kömək olacaqdır.


 

 

 

Nədə çətinlik çəkdiyinizi araşdırın.

Nəyin sizə daha çox mane olduğunu və sizi nəyin həvəsdan saldığını bilsəniz işləriniz asanlaşacaq.  Öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz işi bir neçə hissəyə bölərək, sıra ilə həllinə başlayın. Hər hissəni uğurla yerinə yetirdikdən sonra özünüzü mükafatlandırın. Məsələn, ev işlərinizi bir yerə qeyd edin: qabları yumaq, döşəməni silmək, paltarları ütüləmək və s. Qabları yuduqdan sonra özünüzü mükafatlandırın. Mükafat olaraq özünüzə 10 dəqiqə jurnal oxumağa icazə verin. Yalnız hər görülən işə 5 – 10 dəqiqə mükafat olaraq vaxt verdikdə siz bütün işlərinizi sıra ilə həll edəcəksiniz. 

Özünüzə vaxt qoyun.

Hər biri işi gördükdə və ya dincələndə özünüz üçün vaxt qoyun.

Məsələn, qabları – 10 dəqiqə ərzində yumalıyam, paltarları – 20 dəqiqə ərzində ütüləməliyəm, yeməyimi – 15 dəqiqə ərzində yeyib, yığışdırmalıyam. Bu vaxta ciddi yanaşsaq heç bir işimiz uzanmayacaq, hər biri işi vaxtında görməklə yanaşı tənbəllikdən qurtulmuş olacıyıq.

Ardı var...
 

 

 

 

 

 

12 oktyabr 2011
GO BACK