Qadin.NET / Tənbəlliyi aradan qaldıraq (2-ci hissə)

Tənbəlliyi aradan qaldıraq (2-ci hissə)

 


Həvəssizlik
 Həvəssizlik – özünü böyük bir labirintin içində çıxışsız kimi hiss etməkdir.

Amerikalı psixoloq Pirs Stili 2007-ci  ildə öz nəzəriyyəsində tənbəllik və həvəssizliyin fərqilik olduğunu açıqlamışdır. Belə ki, həvəssizliyi aradan qaldıracaq belə bir faktlar mövcuddur:

 - İşi səfsiz görəcəyinizə nə qədər əmin olsanız, bir o qədər də həvəsli olacaqsınız.

 - Görəcəyiniz iş sizin üçün nə qədər vacib olarsa, bir o qədər də həvəsli olacaqsınız.

 - Nəticəsini nə qədər tez ala bilsəniz, bir o qədər də həvəsli olacaqsınız. Nəticəsiz qalan və ya nəticəsini uzun müddət gözləməli olacağınız işdən başlamayın.

 - Sakit olmağa çalışın. Nə qədər çox həyacanlansanız, bir o qədər də gördüyünüz işdən narazı qalıb həvəsdən düşəcəksiniz.

Son ana saxlamayın!

Hər zaman işinizi əvvəlcədən düşünüb, yavaş – yavaş hərəkət etməyə başlayın. Heç bir işinizi son anda həll etməyə çalışmayın. Bu zaman işiniz həm çətin, həm ağır olacağından həvəsdən düşüb, heç etməsəm də olar deyəcəksiniz. Lakin çox sakit görülən iş də sizi həvəsdən salmasın deyə, daima özünüzü məcbur edin. “Bacaracam”, “mən güclüyəm”, “öhdəsindən gələcəm” deyərək həvəsli olun.

Tənbəlliyi aradan qaldıraq (2-ci hissə)

Yorğunluq

Bəzən çox yorğunam deyə bilərsiniz. Lakin bu yorğunluq deyil -  tənbəllikdir. Bəzilərimiz gün ərzində 9 saat işləyib, axşamlar televizorun önündə uzanmağa, bazar günləri dincəlməyə o qədər alışmışıq ki, hətta bununla yorğunluğumu çıxardıram deyə düşünürük. Lakin unutmayın ki, əsl tənbəllik elə bu zaman insanı ələ alır. Uzun iş günündən sonra siz bir az dincəlib, sonra sizi tənbəllikdən xilas edəcək işlər görməyə başlayın. Gülləri sulamaq, evdə çatışmayan ərzaqlar üçün marketə getmək, dostlarınızla görüşüb hansısa bir kafedə oturmaqdansa bir yerə gedib oyun oynamaq və bu kimi digər hərəkətli işlər görsəniz tənbəllikdən əl çəkib, daha da aktiv olub, işlərinizi həvəslə görəcəksiniz.   

 
4 oktyabr 2011
GO BACK