Qadin.NET / Təkcə "alo" demək kifayət deyil

Təkcə "alo" demək kifayət deyil

Təkcə "alo" demək kifayət deyil

  Elə bir insan yoxdur ki,onun həyatında telefon olmasın.İstər işdə, istərsə də evdə keçirdiyimiz dəqiqələri telefonsuz təsəvvür etmək qeyri-mümkündür.Bəs telefonla necə danışmaq lazımdır?Bunun üçün kiməsə zəng etməmişdən əvvəl qarşımızda bir plan olmalıdır:"Bu zəngdən məqsədim nədir?","Zəng etdiyim adam kimdir?","İstədiyim nəticəni əldə etmək üçün nə deməliyəm?" və s. Əgər zəng edən sizsinizsə, əvvəlcə özünüzü təqdim edin,kiminlə və hansı məsələ ilə bağlı danışmaq istədiyinizi bildirin.Danışarkən səsiniz təbii olmalı, sözlər mikrafona 2 santimetr(sm) məsafədən deyilməli,hər vurğu öz yerində işlədilməlidir."Əgər mümkünsə","Zəhmət olmasa"."Təşəkkür edirəm" kimi ifadələrdən səxavətlə istifadə edin.Lazım olsa, üzr istəməkdən də çəkinməyin.

Telefonda düzgün danışmaq qaydaları:

1. Sözünüzə "salam" və ya "hər vaxtınız xeyir "kimi sözlərlə başlayın,sonra adınızı deyin.

2. Çox qısa,yarımçıq və ya sərt cavablar verməyin.

3. Telefonun uzun müddət zəng çalmasına imkan verməyin. Bununla həm başqalarını narahat edə, həm də çox vacib 1 zəngi cavabsız qoya bilərsiniz.

4. Qarşınızdakı adama adı ilə muraciət edin.

5. Telefonla danışarkən başqa işlərlə məşğul olmayın.

6. Aydın danışın,danışarkən ağzınızda yemək, saqqız və s. kimi şeylər olmasın.

7. Qarşı tərəfin sözünü kəsməyin.

8. Arada söhbətə qoşularaq dinlədiyinizi göstərin.

9. Mümkünsə dəstəyi qarşı tərəf dəstəyi asdıqdan sonra asın.

10. Telefonda səsinizi dəyişdirməyin.Təbii danışın və qarşı tərəfin sizi başa düşməsinə çalışın. 

Əziz dostlarım, bəs sizin necə telefonda danışmaqla aranız necədi,sadaladığım bu nəzakət qaydalarına əməl edirdinizmi? Oxuduğunuz üçün çox sağ olun, səs və şərhlərinizi səbirsiziklə gözləyəcəm.

2 oktyabr 2011
GO BACK