"Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq. Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər". ("Zuxruf" 36-37).
Şeytan insanı azdırmaq üçün addım-addım siyasət yürüdər.
Birinci mərhələdə vəsvəsə edər.
İkinci mərhələdə təmas bağlayar.
Üçüncü mərhələdə qəlbinə nüfuz edib yer tapar.
Dördüncü mərhələdə ruhunda qalıcı olar.
Beşinci mərhələdə insanı öz ordusunun üzvü edər.
Altıncı mərhələdə insanın rəhbəri olar.
Yeddinci mərhələdə insan özü bir şeytana çevrilər.
İmam Əli (ə) bu haqda buyurur: "Şeytan, insan ruhunda yumurta qoyar".
Şeytanın hədəfi - insanın kamilliyinə mane olmaqdır. Əlbəttə o, insanı bir işə məcbur edə bilməz. Onun işi - bəzəmək və vəsvəsədir. "Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrıl= ı bir əzab vardır". ("İbrahim" 22).
Şeytan nəfsi-əmmarə vasitəsilə insanı dəvət edər. Əslində bu nəfsi-əmmarə də şeytanın təlqini nəticəsində yaranmışdır. Əgər insan daxilən hazır olmazsa, şeytan nüfuz edə bilməz. Əgər insanın meyllərinə və nəfsani istəklərinə nəzər salsaq, onun nə qədər çirkləndiyini və əxlaqi rəzilliyin hansı səviyəsində olduğunu görə bilərik. Əlbəttə bu yolda şeytanın vəsvəsələri də təsirsiz qalmamışdır. Şeytan dünyanı insanın gözündə gözəlləşdirir və bəzəyir. Ona görə də Allah haqqındakı düşüncələri qəlbindən çıxardır. Allah buyurur: "Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır". ("Mücadilə" 19).
Ümumi olaraq demək olar ki, bütün şər işlər şeytana aiddir. O insanlar ki, şeytana qulluq edir, əslində özləri də şeytanın vəzifəsini yerinə yetirirlər.
Allah Təala Qurani-Kərimdə buyurur: "O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, İstər cinlərdən olsun, istərsə də insanlardan". ("Nas" 5-6).
Həzrət Peyğəmbər (s) buyurur: "Həzrət Musa (ə) əyləşmişdi ki, İblis onun yanına gəlir. Musa (ə) buyurur: Məni o günahdan xəbərdar et ki, əgər insan ona düçar olsa, sən həmin adama hakim olarsan?". İblis deyir: "Nə zaman xudbin olsa və əməllərini böyük görsə, günahları gözündə kiçik görünər".
Bizlərə üç yol nişan verilir ki, əgər onun qapılarını bağlasaq, şeytan bizə hakim ola bilməz.
Birinci yol: xudbin olmaq.
İkinci yol: əməli böyük görmək.
Üçüncü yol: günahları kiçik görmək.
Şeytan bəzən insanı vacib əməlləri ilə aldarar və hiylələrinə elə libas geyindirər ki, sanki İlahi vacibatdırlar. "Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır". ("Nəhl" 63).
İnsanın fitrəti pak olduğu üçün günaha düçar olmaq onun üçün çətindir. Hətta ilk əvvəl qeyri-mümkün görünür. Şeytan da bu həqiqətdən agah olduğu üçün, öz taktikasını addım-addım yeridir. Insanı kəbirə günaha hazırlayır və sonra da küfrə tərəf sürükləyir. O, etdiyi günahları insanın gözündə kiçik cilvələndirir və əzab qorxusunu ona unutdurur. Yavaş-yavaş öz ordusuna tərəf çəkməyə başlayır. Əgər şeytan nəticə əldə etməzsə, ümidini kəsməz və müqavimətinə davam edər. O zamana qədər ki, hədəfinə nail olar. O, zəhərləyicidir və nəhayət insanı ilan kimi zəhərləyib cəhənnəmə salar. (Tebyan)
Allah Təala bizləri şeytanın şərindən qorusun.
Milli.Az