Qadin.NET / "O" və "Ö" hərfləri ilə başlayan adların mənası

"O" və "Ö" hərfləri ilə başlayan adların mənası

 

O

"O" və "Ö" hərfləri ilə başlayan adların mənası

Odxan - (Tür.) 1.Atəşli hökümdar. 2.Canlı, coşqulu kimsə. 3.Atəşqanlı. 4.Dəlisov, dəliqanlı.

Odman - (Tür.) Atəş kimi canlı, coşqulu, hərəkətli kimsə.

54

Oğuz - Böyük, davamlı, artan nəsil.

Oğuzbala - (Tür.) 1.Oğuz uşağı. 2Güçlü, qüvvətli uşaq.

Oğuzcan - (Tür.Fars) Oğuz can. Gerçək dost.

Oğuzər - (Tür.) Oğuz boyundan olan igid. 2.Güçlü, qüvvətli kimsə.

Oğuzxan - (Tür.) 1.İgid xan, xaqan. 2.Oğuz boylarının əfsanəvi qəhrəmanı.

Oğuzqan - (Tür.) Damarlarında Oğuz qanı daşıyan.

Oğuzman - (Tür.) Güclü, möhkəm, yaxşı ürəkli, dost kimsə.

Oğuztan - (Tür.) Görkəmli, işıqlı.

Oxdəmir - (Tür.) 1.Dəmir kimi möhkəm. 2.Gerçək, köklü dəmir. 2 Dəmirdən düzəldilmiş ox.

Oksana - Allah tərəfindən bəyənilmiş.

Oqtay - (Tür.) 1.Qəzəbli, əsəbi, hirsli. 2.Nəsildaş, eloğlu, hakim.

Olgunay - (Tür.) Ay oldun, Aya bənzədin.

Olgunər - (Tür.) Yetkin ər. Yetişmiş, yaxşı inkişaf etmiş kimsə. Yetişmiş, yaxşı gəlişmiş kimsə.

Omar - Uzun ömülrlü.

Orxan - (Tür.) 1.Şəhərin rəhbəri, hakimi, sərkərdə, basçı, xan qoşunları. 2.Orxan Qazi: Osmanlı

imperatorluğunun ikinci padşahı.

Orman - Meşə.

Osman - (Ər.) 1.Bir növ quş ya da əjdaha. 2.Hz. Məhəmməd (s.ə.s) -in kürəkəni və Hz. Ömərdən sonra

dövlət başçısı olan III. xəlifə. 3.Osmanlı dövlətinin qurucusu, Osman Qazi.

Ozan - Aşıq.

 

Ö

"O" və "Ö" hərfləri ilə başlayan adların mənası

Ömər - Həyat, uzunömürlü.

Özbək - İgid, qəhrəman, mərd.

Ömər - (Ər.) İslam Dövlətinin II. Xəlifəsi Ömər b.Xə. Dünya durduqca ədalətliliyindən bəhs ediləcək.

Cənnətlə müjdələnmişdir. Haqq ilə Batili çox yaxşı ayırd edə bilən bir alim olduğu üçün Ömərül-Fərrux adını

almışdır.

Ömüral - (Ər.Fars.İbr) Uzun ömürlü ol.

Ömürcan - (Ər.Fars.İbr) Uzun ömürlü. Kişi və qadın adı olaraqistifadə edilir..

Önay - (Tür.) 1.İrəli get, lider ol mənasında. 2.Ayın ilk günlərindəki halı, hilal. - Kişi və qadın adı olaraq

istifadə edilir.

Önel - (Tür.) Bir işin tamamlanması üçün verilən müddət, vədə, möhlət. - Kişi və qadın adı olaraq istifadə

edilir.

Önər - Qabaqcıl, öndəgedən.

Öngay - (Tür.) Yupiter planeti. - Kişi və qadın adı olaraq istifadə edilir.

Öngül - (Tür.) 1.Müqavimət göstərən, inadçı kimsə. 2.Təşviq edən. 3.Bələdçi. - Kişi və qadın adı olaraq

istifadə edilir.

Örən - (Tür.) 1.Köhnə quruluş ya da şəhər qalığı. 2.Şəhər, kənd. 3.Bir ovalıq. 4.Meşəlik yer. - Kişi və qadın

adı olaraq istifadə edilir.

55

Örəngül - (Tür.) Yabanı gül.

Özaslan - (Tür.) Aslan kimi güclü, soylu kimsə.

Özbək - (Tür.) 1.İgid, cəsur, özü güclü. 2.Orta Asiyada yaşayan bir Türk boyu və bu boydan olan kimsə.

3. Dərə, çay. - Kişi və qadın adı olaraq istifadə edilir.

Özbən - (Tür.) "Gerçəkdən mən" anlamında istifadə edilən bir ad.

Özbir - (Tür.) Özü, sözü bir olan kimsə.

Özcan - (Tür.) Candan, səmimi, içdən, həqiqətən dost olan kimsə.

Özdəmir - (Tür.) Özü dəmir kimi güçlü.

Özəndər - (Tür.) Nadir tapılan, yaradılışda olan, qiymətli.

Özəngin - (Tür.) Özü sağlam, dürüst olan kimsə.

Özəngül - (Tür,) Özünə diqqət göstərən gözəl qadın.

Özənir - (Tür.) Çalışan, Cəhd göstərən, ən yaxşısını etməyə çalışan.

Özərxan - (Tür.) İgid, cəsur xan.

Özgənay - (Tür.) Özü geniş, rahat, sakit kimsə - Kişi və qadın adı olaraq istifadə edilir.

Özgür - (Tür.) 1.Öz-özünə hərəkət etmə, davranma qərar vermə, gücü olan. 2.Tutulmayan, azad.

Başqasının köləsi olmayan, müstəqil. - Kişi və qadın adı olaraq istifadə edilir.

Özgüvən - (Tür.) Özünə güvənən. - Kişi və qadın adı olaraq istifadə edilir.

Öznur (Tür.) Özü ışıqlı, aydınlı kimsə. - Kişi və qadın adı olaraq istifadə edilir.

Özpolad - (Tür.) Er. - Özü polad kimi sağlam olan.

 

Milli.az

14 may 2019
GO BACK