İstənilən qorxunun öhdəsindən gələn sadə üsul
Paradoksal intensiya — psixoterapiyada tətbiq edilən metodikadır. Bu metod Avstriya psixiatrı və psixoloq Viktor Frankl tərəfindən öz loqoterapiyası üçün hazırlanmışdır. Bu metodika çərçivəsində müəyyən fobiyaya malik olan pasiyentə ən çox qorduğu şeyi istəmək cəhdi təklif edilir. Bu, pasiyentin daha çox qorxduğu hərəkət və ya vəziyyət obyekti ola bilər.
Metod müəllifi tərəfindən gətirilən nümunələrdən biri, tərləməkdən çox qorxan gənc həkimin başına gələn hadisədir. Cavan adam tərləyəcəyindən qorxan kimi dərhal əməlli-başlı tərləyirdi. Dövri səbəb-nəticə əlaqəsi yaranırdı: tərləmək qorxusu daha çox intensiv tərləmək reaksiyası yaradırdı. Yaranmış dövri səbəb-nəticə əlaqəsini qırmaq üçün psixoterapevt gənc həkimə belə bir məsləhət gördü: Hər dəfə tərləməyə başladıqda, ətrafdakılara qəsdən nümayiş etdirməyə çalışsın ki, bunu nə qədər yaxşı bacara bilir.
İndi öncədən tərləmək həyəcanını xəbər verən kimləsə qarşılaşan kimi, öz-özünə deyirdi: "Əvvəllər yalnız bir kvartlıq tərləyirdimsə, indi ən azı on kvart tərləyəcəyəm!" Nəticədə, bir seansdan sonra on il bu fobiyadan əzab çəkmiş pasiyent bir həftə ərzində həmişəlik ondan azad oldu.
Pasiyent fobiyalaşan və digər təzahürlərilə mübarizə cəhdlərini durduran kimi, bunun yerinə paradoksal intensiyadan istifadə etdikdə, dövri səbəb-nəticə əlaqəsi parçalanır, simptom zəifləyir. Metodun müəllifinin iddiasına görə, sonda simptom qabiliyyətini itirməlidir. Viktor Frankl təkid edir ki, yaranmış dövri səbəb-nəticə əlaqəsi fərdi kimliyinin üzərində (özünə yazığı gəlmək, nifrət və s.) nevroz konsentrasiyasıyla aradan getmir, əksinə, dərk edilmiş fəaliyyətə şəxsən cəlb olunmaqla baş tutur ki, bu da sağaltmağa açar rolunu oynayır.
Tərcümə: Fərid Abdullah
Vikipediyadan