Qadin.NET / Karma qanunu

Karma qanunu

 

 Bu hadisə 1994-cü ilin yazında baş verdi. Ronald Opus adlı gənc amerikalı intihar etmək qərarına gəldi. Bundan öncə bir məktub da yazdı ki, bu addımı maddi sıxıntılar üzündən atıb və valideynləri onu anlamırdılar. Yəni heç valideynləri də ona dəstək durmurdular. Bunu yazdıqdan sonra mister Opus eyvana çıxaraq özünü doqquzuncu mərtəbədən aşağı atdı.

Karma qanunu

Bu əsnada yeddinci mərtəbədə pəncərə silən kəslər təhlükəsizlik toru qurmuşdular. O, iki mərtəbə düşdükdən sonra bu torun üzərinə yıxılacaq və sağ qalacaqdı. Lakin bu zaman fantastik bir hadisə baş verdi.

 

Ronald aşağıya tərəf yıxılarkən, səkkizinci mərtəbədən, açılan atəş nəticəsində pəncərədən çıxan tüfəng gülləsi onun başına dəydi. Polis ölən şəxsin kimliyini araşdırarkən, dedektivlər qərara gəldilər ki, atəş açan kəsə qəsdən edilməmiş qətl üzrə cinayət işi açılsın. Axı o, atəş açmasaydı, Ronald Opus sağ qalacaq və torun üzərinə düşəcəkdi.

Lakin istintaq işi ortaya yeni faktlar çıxartdı. Sən demə, 8-ci mərtəbədə yaşayan qoca öz arvadına atəş açırdı. Lakin güllə ona dəyməyərək, pəncərədən keçib. Deməli, indi qəsdən edilməmiş qətlin üzərinə həm də arvadını qəsdən öldürmək məqsədi də gəlməli idi. Qoca kişi həmişə arvadı ilə mübahisə edərkən, divardan doldurulmamış tüfəngini götürər və tətiyi çəkərək qadını qorxudardı. ər-arvadın sözünə görə, tüfəng həmişə divardan asılı vəziyyətdə qalırdı və heç zaman doldurulmurdu.

Karma qanunu

Vəziyyət daha da qəlizləşmişdi. Çünki indi də bu tüfəngi gizli şəkildə dolduran adamı tapmaq lazım idi. Bəs bu adam kim idi? İstintaq zamanı aydın oldu ki, dalaşqan ər-arvadın bir oğlu vardır və polis dedektivlər bu oğlanın dostu ilə əlaqə qurub maraqlı faktlar ortaya çıxartdılar.

Atasının tez-tez anasını təhdid etdiyini bilən oğul, tüfəngi doldurub divardan asmışdı. Ümid edirdi ki, bir daha mübahisə baş verdikdə atası yenidən tüfəngi götürəcək və tətiyi basacaqdı. Lakin bu dəfə tüfəng dolu olduğundan öz arvadını (oğlanın anasını) öldürəcək, nəticədə həm anası öləcək, həm də atası türməyə düşəcəkdi. Lakin son zamanlar ər-arvad mülayim dolanır və bu, uğursuz qisasçını cana yığmışdı.

“Bu əclaf gədə hardadır? Hardadır?” – deyə qoca kişi heyrət içində idi. Oğul isə bir mərtəbə yuxarıda qalırdı.

Bəli, axtarılan oğul elə Ronald Opusun özü idi! Tüfəngi dolduran o idi. Qisas cəhdi alınmadıqda, özünü pəncərədən atdı. Elə öz doldurduğu tüfəngdən, öz atası tərəfindən də öldürüldü.

Karma ilə oynamazlar. Bütün dini və fəlsəfi cərəyanlarda bu anlam öz təsdiqini tapmışdır. Elə bizim atalar sözündə də var: “Nə əkərsən, onu da biçərsən”.

Qeyd edim ki, bu əhvalat 1987-ci ilə Amerika Məhkəmə tibbi akademiyasının keçmiş prezidenti tərəfindən əyləncə xatirinə uydurulsa da, daha sonra əhvalat geniş yayılmağa başladı və bir neçə adlı-sanlı mətbu orqanlarda real hadisə kimi qeyd edildi. Amma hər halda bu cür həqiqi hadisələr çox saydadır

 

Farid Abdullah

 

29 aprel 2019
GO BACK