Qadin.NET / Neqativ düşüncənin orqanizmə təsiri

Neqativ düşüncənin orqanizmə təsiri

           


  İngilis alimlərinin apardığı bir araşdırmaya görə beynin qarmaqarışıq və neqativ fəaliyyəti ümmun sistemini zəiflədərək bədənin sağlamlığına təsir etməsi uzun illər idi ki,mübahisə mövzusuna çevrilmişdi.Depressiyanın ürək xəstəliklərinə şərait yaratdığı Alzheimer xəstələrinə baxıcılıq edən qadınlarda güclü stress səbəbi ilə əmələ gələn yaraların asanlıqla sağalmadığı sübut edilmişdir.

 

 

Son araşdırmalar qarışıq və neqativ fikirli adamların xüsusilə qrip xəstəliyinə tez tutulduğunu aşkar etdi.

 

Wisconsin – Madison universitetinin alimləri insanın ruhi halının bədən mexanizminə etdiyi təsiri göstərmək üçün 52 adam üzərində apardıqları müşahidələrlə pasientlərdən çox sevindirici və çox kədərli hadisələri xatırlamağı istədilər.Bu zaman beyinlərindəki elektron axını ölçülən pasientlər beyin fəaliyyətlərinin neqativ və pozitiv dərəcəsinə görə 2 qrupa ayrıldı.Sonra hər birinə qrip peyvəndi edilən pasientlərin bədənində peyvəndə qarşı göstərilən reaksiya öyrənildi. Pozitiv beyin fəaliyyəti yüksək olan qrupda immunitet sisteminin qrip mikrobu yayan peyvəndə qarşı daha asan müqavimət göstərdiyi aşkarlandı. Neqativ beyin fəaliyyətinə  malik olan qrupun isə qrip peyvəndinə qarşı çox həssas olduğu və asanlıqla qrip virusuna yoluxduğu müəyyən edildi.Tədqiqat aparan alimlər duyğuların bədəndəki fiziki sistemlərin sağlam fəaliyyətinə böyük təsirinin olduğunu sübut etdi.

 

Əziz xanımlar, neqativ düşüncənin həyatımız üçün zərərli olduğunu hamımız bilirik. Ancaq, bəzən elə hadisələrlə qarşılaşırıq ki,o hadisə qarşısında pozitiv düşünmək mümkün olmur. Buna baxmayaraq, elə insanlar var ki, baş verən hadisələrdən asılı olmayaraq həmişə pozitiv fikirləşir, bəzi insanlar isə əksinə neqativ yöndən yanaşırlar. 

Bəs siz necə, pozitiv düşüncələrə maliksiniz, yoxsa neqativ?

29 sentyabr 2011
GO BACK