Qadin.NET / Peşə seçərkən diqqətli olun

Peşə seçərkən diqqətli olun

 

 

İnsanların peşəsi onların həyat formalarına təsir edər. Lisey illərində başlayan peşə seçkisi əslində qısa bir dövr içərisində qərar verilməsi lazım olan, amma çox əhəmiyyətli bir mövzudur. Peşə seçkisində diqqət yetirilməsi lazım olan bəzi məsələlər vardır. Əgər həqiqətən özümüzə uyğun peşəni seçsək, həm müvəffəqiyyət nisbətimiz, həm işimizdən götürdüyümüz həzz, həm də bütün həyata baxış bucağımız müsbət istiqamətdə inkişaf edəcək.
Peşə seçərkən əvvəlcə özümüzü yaxşı tanımalıyıq. Əlaqə, qabiliyyət və işdən gözlədiklərimizi dəqiq şəkildə ortaya qoymalıyıq. Yalnız yaxşı qazanc əldə etmək üçün peşə seçəcək olsaq, bədbəxt bir iş həyatı bizi gözləyə bilər. Peşə seçkisi həyati bir qərardır. Peşə seçərkən artıq o iş sizin ünvanınız olacaq. Bir həkim yalnız xəstəxanada həkim deyil. O, hər yerdə və hər vaxt həkimdir. Peşələr insanların əslində ilk adıdır.Özünüzü yaxşı tanıdıqdan və gözlədiklərinizlə birlikdə qabiliyyətinizi də müqayisə etdikdən sonra alternativ variantları araşdırmalısınız. Yiyələnə biləcəyiniz peşələrin müsbət və mənfi cəhətlərini götür-qoy etməlisiniz. Və sizin üçün ən əhəmiyyətli olanları sırayla düzməlisiniz. İlk addımla ikinci addımın birlikdə analiz edilməsindən sizin üçün ideal olan peşə ortaya çıxacaq. Öz qabiliyyətinizi göstərə biləcəyiniz və eyni zamanda iş rejimi, saatı və digər amillərlə sizə uyğun ola biləcək peşə ən yaxşı variantdır. Bunu seçmək üçün isə yaxşı araşdırma aparmaq lazımdır.

 

13 oktyabr 2011
GO BACK