1. Dərini gözəlləşdirir
Badam yağı ilə sağlam dəriyə qovuşa bilərsiniz. A, B və E vitaminləri ilə zəngin olan badam yağı dərini nəmləndirir. Günəşin verdiyi zərərləri aradan qaldırır. Badam yağı həssas dəri üçün ideal seçimdir.
2. Gözaltı qaraltılarına son
Göz ətrafında qaraltı varsa, E vitamini zəngin badam yağından faydalanın. Badam yağını gözlərinizin altına masaj edərək dərinizi cavanlaşdıra bilərsiniz. Tünd rəng görüntüsü getdikcə azalacaq.
3. Xolestrolu nizamlayır
Badam yağının faydaları arasında xolestrolo təsiri var. Badam yağı xolestrolu aşağı salır. Yeməklərinizdə badam yağı istifadə edərək xolestrolu nizamlaya bilərsiniz.
4. Ürək problemlərini azaldır
Doymamış yağ olan badam yağı, ürək sağlamlığı olduqca faydalıdır. Proteinlə zəngin olan badam yağı, tərkibindəki omeqa3 və omeqa6 ilə infarkt, iflic riskini azaldır.
5. Dırnaqları qoruyur
Dırnaqlarınız davamlı qırılırsa, sağlam və güclü dırnaqlara sahib olmaq istəyirsinizsə, badam yağından istifadə edin. Badam yağını gündə 1 dəfə dırnaqlarınıza və dırnaq yataqlarına çəkərək qırılmaların və infeksiyaların qabağını ala bilərsiniz.
6. Yaddaşı gücləndirir və sinir sistemini qoruyur
Badam yağı yaddaşı gücləndirir, sinir sisteminə faydalıdır. Gecə yatmadan 1 stəkan südə 1 neçə damla töküb içə bilərsiniz.