Naura 21 km2 -lik ərazisi ilə dünyanın ən kiçik ada ölkəsidir. Rəsmi adı ilə Naura Cümhuriyyəti 1968-ci ildən müstəqillik qazanmışdır. Sakit okeanda yerləşən adanın ən yaxın qonşusu 300 km uzaqda yerləşən Banaba adasıdır. 2011-ci illin statiskasına görə əhalinin sayı 10.084 nəfərlə Vatikandan sonra ən az əhaliyə malik ölkədir.
Keçmişdə Naurada 12 qəbilə yaşayırdı. Buna görə də, bayraqlarında 12 güşəli ulduz simvolu var. Naurunun rəsmi qurumlarının yerləşdiyi bölgə Yarendir, ən böyük bölgəsi isə Boe şəhəridir. Ölkənin rəsmi paytaxt şəhəri yoxdur. Ölkənin rəsmi dili ingilis dili və nauru dilidir.
Naurada insanların məskunlaşması ən az 3000 il əvvəl baş vermişdir. Naurulular nəsil ağaclarını yazarkən anaların nəsil ağacına əsaslanaraq götürürlər.
Ölkədə fast-food geniş yayıldığı üçün dünyanın ən kök ölkəsi sayılır. Bu ölkədə fit bədən quruluşuna sahib insan polislərdir.