Qadin.NET / Dünyanın ən maraqlı rekord sahibləri

Dünyanın ən maraqlı rekord sahibləri

 

Fiziki aktivlik olmadan yaşamaq mümkün deyil. Normal fiziki aktivlik sağlamlığa müsbət təsir edir.

 

5. Kori Lou

Basketbol şou komandasının oyunçusu 25 metrlik məsafədən topu səbətə atıb. Bu zaman isə arxası səbətə tərəf olub. Bununla da yeni dünya rekordu yaranıb. Koriyə qədər bu rekord 21 metr olub. Kori həm də 33.5 metrlik məsafədən, üzü səbətə doğru da topu ata bilir.

 

Dünyanın ən maraqlı rekord sahibləri

 

 

4. Conni Salo

Amerikalı Conni Salo 1929-cu ildə 5898 km məsafəni 79 günə qət edib. Onun orta sürəti saatda 11 km olub. Marafon 31 mart tarixində başlayıb və 17 iyun tarixində finiş xəttini ilk Conni Salo keçib. O, 525 saat, 57 dəqiqə və 20 saniyə qaçıb. Bu günə qədər bu rekordu yeniləyən olmayıb.

 

Dünyanın ən maraqlı rekord sahibləri
 

 

 

3. Hidekiçi Miyadzaki

Yaponiyalı Hidekiçi 100 metr məsafəni maraqlı nəticə ilə başa vurub və "Ginnesin Rekordlar Kitabı"na düşüb. Növbəti gün isə onun 105 yaşı tamam olub. Hidekiçiyə dünyanın ən yaşlı sprinteri olduğunu təsdiq edən sertifikat verilib. Yapon 100 metr məsafəni 42.22 saniyəyə qət edib.

 

Dünyanın ən maraqlı rekord sahibləri
 

 

 

2. Maykl Makkastel

Amerikalı Mayk Makkastel "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, 24 saat ərzində 5804 dəfə dartınıb. Bununla da 5801 dəfə dartınan Con Boçekin rekordunu yeniləyib. Bununla yanaşı, Maykl tapşırığı da çətinləşdirib. O, çiynində 13 kq ağırlığı olan çanta ilə dartınıb.

 

Dünyanın ən maraqlı rekord sahibləri
 

 

 

1. Kevin Fast

Kevin planetin ən güclü rahibidir. O, bir neçə dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Kevin 12 yaşından idmanla məşğul olub. Onun rekordları bütün dünyada məşhurdur. Rahib bütün qonorarları xeyriyyə fondlarına verir. İlk dəfə 57 ton çəkisi olan yük maşınını 30 metr dartıb aparıb. 2009-cu ildə isə 189 ton çəkisi, 8.8 metr uzunluğu olan təyyarəni dartıb. 2010-cu ildə isə 40 ton çəkisi olan rels üzərindəki evi 12 metr dartıb. 2011-ci ildə Kevin bir əli ilə yanğınsöndürən maşını 30 sm qaldırıb. O, 22 qadını eyni vaxtında çiynində saxlayır.

 

Dünyanın ən maraqlı rekord sahibləri

 

 

 

Milli.Az

11 fevral 2019
GO BACK