Qadin.NET / Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?

Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?

Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?

Həyat yoldaşınızdan razı olmaya bilərsiniz.Hətta ailə həyatınızın uçuruma doğrugetdiyini və bunda yalnız onun günahkar
olduğunu da düşünə bilərsiniz.

Ola bilər ki, öz fikrinizdə haqlı da olasınız.Ancaq bu heç də sizə onun qüsurlarınıbaşqalarna danışmağa əsas vermir.Hətta xoş niyyətlə belə olsa, bu cür addımlargec-tez ailədə ciddi “çatların”
meydana gəlməsinə səbəb olur.Təcrübələr göstərir ki, belə hallarda tərəflər çox vaxt bir-birilərini tənqid edirlər.Əlbəttə ki, tənqid etmək də və ya hər hansı bir məsələ ilə bağlı fikir bildirməkdə olar. Ancaq bütün bunlarda ilk növbədə obyektivlik olmalıdır. Əgər obyektivlik yoxdursa, bu tənqidlər ittihamdan başqa bir şey deyil. Hər şeydən əvvəl həyat yoldaşınızda hər hansı bir qüsur müşahidə etdikdə tələsik qərar verməyə çalışmayın.

İlk növbədə bu qüsurun nə qədər real olub olmadığını müəyyən edin.Çünki ola bilər ki, sizə görə qüsur sayılan bir şey başqası üçün qüsur olmasın. Buna görə də nə olur olsun obyektiv olmağa çalışın.Əgər bütün bunlara baxmayaraq bir problem olduğunu düşünürsünüzsə,bu problemi həll etməküçün yollar axtarın. Məsələn,bu qüsurları başqaları ilə müzakirə etmək əvəzinə bir mütəxəssisin məsləhətlərinə üstünlük verin. Beləliklə, həm məsələnin həlli üçün ilk addımı atmış, həm də ailə həyatınızı gələcək təhlükələrdən qorumuş olarsınız. Bəs bu cür “təsadüfi məsləhətləşmələrin” ailəyə nə kimi zərərləri var? İlk növbədə unutmayın ki, problemlərinizi bölüşdüyünüz adamlar sizi səhv istiqamətləndirə bilərlər. Beləliklə, elə ilk başlanğıcda səhv yola düşər və problemi daha da dərinləşdirərsiniz. Həyat yoldaşınızın hüquqlarına hörmətsizlik etmiş olarsınız.
Xüsusilə də yoldaşınızdan xəbərsiz etdiyiniz bu hərəkət aranızda olan inamın itməsinə gətirib çıxarar.Hər görüşünüzdə sizdən “yeni xəbər” gözləyən rəfiqənizi darıxdırmamaq üçün yoldaşınızda yeni qüsurlar axtarmağa başlayarsınız. Ailədə meydana gələn bu soyuqluq həyat yoldaşınıza da sirayət edər. Bu isə ailədaxili münasibətlərinizin daha da gərginləşməsinə səbəb olar.
Məhz bu səbəblərə görə, yoldaşınıza aid qüsurları başqalarına danışmayın. Məqsədiniz porblemin həllinə nail olmaq və ya yoldaşınıza kömək etməkdirsə, gecikmədən sizə kömək edə biləcək bir mütəxəssisə müraciət edin.


Eləcə də baxa bilərsiniz:


Ailənizlə açıq havada olmaq...


Həyat yoldaşınız spirtli içki içirsə....
27 aprel 2010
GO BACK