Qadin.NET / Ulduzların qəribəlikləri

Ulduzların qəribəlikləri

 

Hər zaman sənətləri ilə gündəmə gələn məşhurlar bəzən də fərqli və qəribə xüsusiyyətləri ilə diqqət çəkir.

Bülent Ersoyun tək rəqəmlərə qarşı qorxusu var. Belə ki, sənətçi otellərdə hər zaman cüt rəqəmli otaqlarda qalır. Bununla yanaşı Ersoy tək qalmaqdan da qorxur.

Batil inancı olan məşhurlardan biri də Haydi Klumdur. Model süd dişlərini hər zaman yanında gəzdirir. Klum dişlərin ona uğur gətirdiyinə inanır. 

Aktrisa Çarliz Teron isə heç vaxt dağınıq otaqda yatmır.

 

Ulduzların qəribəlikləri

 

 

Məşhur repçi Eminem hər zaman qaranlıq otaqda yatır. Belə ki, o, qaldığı otellərdəki bütün pəncərələri bağlatdırır. 

 

Ulduzların qəribəlikləri

 

 

Rejissor Alfred Hiçkokun ən böyük qorxusu isə yumurtalardır. O, bununla bağlı müsahibələrindən birində bu sözləri deyib:

"Yumurtalardan qorxuram. O yuvarlaq, ağ yumurtaların içindən sarı maye çıxır. Daha əvvəl dağılan və sarı mayeyə çevrilən yumurtadan daha dəhşətli nəsə görmüsünüz?"

 

Ulduzların qəribəlikləri

 

 

Aktrisa Ancelina Colinin bıçaqlara qarşı xüsusi sevgisi var. Coli yataq otağında bıçaqla oynamağı sevdiyini deyib.

 

Ulduzların qəribəlikləri

 

 

Müğənni Cessika Simpson yerə düşən əşyaları ayaq barmaqları ilə götürməyi sevir. 

 

Ulduzların qəribəlikləri

 

 

Stiv Cobs günlərlə eyni qidaları yeyirdi. Hətta bir neçə gün kök yeyən Cobsun dərisi narıncı rəng olmağa başlayıbmış.

 

Ulduzların qəribəlikləri

 

Katerina Zeta Cons isə daha ağ dişlərə sahib olmaq üçün çiyələkdən hazırlanan diş pastasından istifadə edir. 

 

Ulduzların qəribəlikləri

 

 

Məşhur ulduz Peris Hilton saat 11:11 olanda mütləq arzu tutur. Bundan əlavə onun taxtaya vurmaq kimi bir inancı da var. 

 

Ulduzların qəribəlikləri

 

 

Aktyor Coni Depp isə barbi gəlincik tutqunudur. 

 

Ulduzların qəribəlikləri

 


22 yanvar 2019
GO BACK