1. Kim nə üçün pul ödəyəcək?
Bunun üçün ilk əvvəl kimin nə qədər qazandığını bilməlisiniz. Bir evdə yaşamadan əvvəl mütləq maddi mövzuları müzakirə etməlisiniz. Maddi mövzuların gələcəkdə problemə çevrilməyini istəmirsinizsə, əvvəlcədən razılığa gəlməli və qaydaları birlikdə müəyyənləşdirməlisiniz?
2. Ev heyvanı
Biri ev heyvanı saxlayırsa və ya saxlamaq istəyirsə, bunu ev yoldaşları ilə müzakirə etməlidir. Bir evdə yaşamağa başlamadan əvvəl bu mövzunun müzakirəsini aparın. Heyvana qarşı alergiyası olan biri ola bilər. Bu ev heyvanını küçəyə atmaqla nəticələnməsini istəmirsinizsə, əvvəlcədən razılığa gəlin.
3. Dini seçim
Dini inanclar bir çox insan üçün çox vacibdir. Otaq yoldaşınızın dini inancını hörmət qoymayacaqsınızsa və kəskin şəkildə buna qarşısınızsa, başlanğıcdan fərqli evlərdə yaşamağınız daha düzgün olacaq.
4. Kirayə müqaviləsi
Kirayə müqaviləsində kimin adı keçəcək? Bu müzakirə etməli olduğunuz vacib mövzulardandır.
5. Alış-veriş və yemək
Hansı otağı kimin təmizləyəcəyini əvvəlcədən müəyyənləşdirməkdə fayda var. Zibili kim atacaq, yeməyi kim bişirəcək, alış-verişi kim edəcək, bu suallar problem yaradan mövzulardır. İş bölümü ilk gündən edilməlidir.
6. Qonaq
Qonaq bağlı bütün narahatlıqlarınızı bölüşməlisiniz. Sonra gec ola bilər.