Qadın olmaq dünyanın harasında olsan da çətindir.
Braziliyada bir moda markası bu mövzuya diqqət çəkmək üçün bir don hazırladı.
Paltarının dörd yanına toxunuşları qeyd edən sensorlar yerləşdirdi.
Bu paltarı 3 qadın geyindi. Juliana, Tatiana və Luisa bir axşam bu paltarla əyləncə mərkəzlərinə getdi. Məkanın hər yerinə kameralar yerləşdirildi.
Paltar anlıq olaraq bütün məlumatları mərkəzə ötürürdü.
Nəticələr isə qorxunc idi. 3 qadın 4 saatda tam 157 dəfə təcavüzə məruz qaldı. Bir neçə dəfə buna qarşı çıxmaqlarına baxmayaraq.
Statistikalara görə braziliyada hər 100 qadından 86-sı təcavüzə məruz qalır. Qadınların 77% fitə tutularaq təcavüzə məruz qalır. 74% sözlü təcavüzə, 39 % söyüşlə təcavüzə məruz qalır.
Keçirilmiş sosial testin videosunu sizə təqdim edirik: 1 paltar, 3 qadın, 157 dəfə icazəsiz toxunuş və 3 saat 47 dəqiqə