Hıçqırıq atalarımızdan miras
370 milyon il əvvəl yaşamış atalarımız okeanda üzərkən, hıçqırıqla nəfəs alırdılar. Bədənləri suyun ağıza girməsinə mane olmaq üçün hıçqırıqdan istifda edirdi. Avstraliyada hələ də bu üsulla nəfəs alan balıqlar var.
IQ-nüz nə qədər yüksəkdirsə, yuxularınız bir o qədər qəribədir
Alimlər, yüksək zəkalı insanları daha aşağı IQ-lu insanların xəyallarından daha parlaq və uzun ömürlü yuxular gördüyünü iddia edir. Fəqət gecələr gördüyünüz yuxuları xatırlamırsınızsa, kədərlənməyin. Bir çox insan yuxusunu xatırlamır, çünki bir yuxu sadəcə 1 neçə saniyə davam edir.
Ayaqlarınızla sarımsaq yeyə bilərsiniz
Ayaqlarınızın dabanı ilə sarımsaq ovsanız, 30 dəqiqə sonra dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz. Sarımsağın tərkibindəki maddələr qan dövranına nüfuz edərək dad reseptorlarına çata bilir.
Bir çox infarkt həftənin birinci günü baş verir
Həftənin birinci günü infarkt keçirmə riski kişilər üçün 20%, qadınlar üçün 15% - dir. Səbəb olaraq, geri qayıtma stressi göstərilir. İnsanlar istirahətdən yorğunluğa qayıdırlar.