Qadin.NET / Şeytani oyuncaq:Televizor

Şeytani oyuncaq:Televizor

Televizor- Qərbin cəmiyyətə uymayan “daşqınlarını” evlərimizə salan şeytani bir oyuncaqdır.Televizor aludəçiləri şəxsiyyətin inkişafı,oxumaq alışqanlığı,özü və ailəsinə zaman ayırmaq mövzularında bir arpa boyda addım ata  bilmirlər.

Həddindən artıq televizora baxan uşaqlar məsuliyyət hissindən məhrum,”çörək eldən,su da göldən” tərzində bir həyata daha çox üstünlük verirlər.”Uşağıma hər şəraiti yaratmışam.Amma istədiyim kimi biri olmur!” deyə narazılıq edən ata-anaların ən önəmli əksiklikləri ailədə televizora baxmaq qaydasını yaratmamalarıdır.

Televizora aludə olan insanlar heç bir zaman təşəbbüs irəli sürmürlər.Bu cür adamlar ümumiyyətlə,məmur zehninə sahib olurlar və maaşla işləməyə üstünlük verirlər.Tez-tez televizora baxanlar “yaradıcı” olmadıqları üçün çox vaxt özlərini günahkar da hiss edirlər.Yaponiya,İngiltərə və ABŞ-da aparılan tədqiqatlar nəticəsində “günahkarlıq” hissinin orta təbəqə televiziya izləyicilərində daha çox olduğu ortaya çıxmışdır.

Televizor vərdişçiləri çox həyəcanlı olur.Bu fərqlilik tək qaldıqlarında özünü daha da biruzə verir.Vərdişçilər üçün televizora baxmaq onları narahat edən söhbətlərdən uzaqlaşmaq deməkdir.Televizora çox baxmaq insanlarda yaddaş çətinliyi və problemlərlə üzləşən zaman səbirsizlik kimi mənfilikləri meydana gətirir.

“Televizorlu otaqdan televizorsuz otağa keçmək hicrətdir."

 

2 sentyabr 2011
GO BACK