Alış-veriş zamanı nələrə diqqət etmək lazımdır?
- Endirimdə olsa da, istifadə etməyəcəyiniz geyimləri almayın.
- Ehtiyacınız olan məhsulları alış-verişə getmədən siyahıya alın. Buna əsasən artıq heç nə almayacaqsınız.
- Malı almadan əvvəl etiketləri yoxlayın. Bəzi geyimlərdə kasada qiymətlə bağlı problem yarana bilir.
- Əyninizdə yoxlamadan geyim almayın. Alış-verişə getdikdə rahat geyinin. Paltarları geyinib çıxaranda daha rahat olacaqsınız.
- Sizə ən çox yaraşan rəngləri seçin. Bunun sayəsində fərqlilik axtarmaq yerinə zövqünüzə sadiq qalacaqsınız.
- Dəbdədir deyə etdiyiniz alış-veriş artıq xərclərə səbəb ola bilər.
- Əhvalınız yaxşı olmayanda etdiyiniz alış-veriş daha çox pul xərcləməyə gətirib çıxara bilər.
- Keyfiyyəti aşağı olan məhsul qısa zamanda istifadəyə yararlı olmayacaq. Onun yerinə daha keyfiyyətli məhsullar alaraq daha az xərcə düşmüş olarsınız.
- Daima istifadə etdiyiniz məhsulların endirim vaxtını gözləyə bilərsiniz.
- Alış-verişə ac qarına getməyin. Bu doğru qərar verməyinizə mane ola bilər.