Yanvar - ayı Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Janus-un adından götürülmüşdü. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi diqqətə təqdim olunmuşdu. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.
Fevral - ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın yaxınlığında yerləşən ərazidir, tarixi və landşaftına, xalqın adət ənənələrinə əsaslanan insan məskəni olub. Romada fevral ayının 15-də qeyd olunan festival hətta “februa” adlandırılıb.
Mart - ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və “Mars” ayı kimi qeydə alınıb.
Aprel - ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.
May - ayı fransız sözü olan “Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. “Maia” sözü “böyük biri” deməkdi.
İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
İyul - ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.
Avqust - ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.
Sentyabr - ayı Latın dilində “yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.
Oktyabr – ayı köhnə Roma təqviminə əsasən “səkkizinci” deməkdir, bu şimal yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.
Noyabr – ayı Latın sözü “doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.
Dekabr – ayı Latın sözü “on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.
Aysel Bayramova