Yay mövsümü macəra mövsümü hesab edilir. Bu dövrdə insanlar daha çox ictimai fəaliyyətlə məşğul olur. Xüsusilə kişilər yay aylarında aldatmağa meylli olurlar. Biz qadınlar da bunu bəzən isti havanın təsiri kimi qəbul edib əhəmiyyət vermədən yolumuza davam edir, bəzən də əlaqəmizə son veririk.
Sizi aldatdı. Yaxşı, indi nə olacaq? Onu bağışlamalımı, yoxsa tərk etməlimi? Aşağıdakı suallar vəziyyəti anlamanıza və qərar vermənizə köməkçi olacaq.
Bir gecəlik, yoxsa daha uzunmüddətli bir əlaqə idi?
Hansı olursa-olsun, sizə xəyanət etdiyini əsla ağlınızdan çıxarmayın. Bir gecədən çox sürən əlaqədirsə, hər şeyi arxada buraxmaq çox çətin olacaq.
Bir-birinizə sadiq qalmaq üçün qarşılıqlı söz vermişdinizmi?
Əlaqəniz uzun zaman davam etdiyi halda bir-birinizlə təkarvadlı əlaqə yaşayacağınız haqqında heç danışmadınızsa, sizi aldatdığını düşünməyə bilər.
Bunun nə qədər əhəmiyyətli hadisə olduğunun fərqindədirmi?
Sizi nə qədər incitdiyini anlamasını təmin etməniz lazımdır. Adi üzr istəmək bəs etməyəcək, amma onun həqiqətən kədərləndiyini və sizi anladığını hiss edirsinizsə, o deməkdir ki, vəziyyəti düzəltməyə çalışır.
Hər şeyi düzəltmək üçün kifayət qədər istəklidirmi?
Bir daha belə bir şeyin yaşanmayacağını, sizi itirmək istəmədiyini və etibarınızı qazanmaq üçün nə lazımdırsa, onu edəcəyini söyləməsi çox əhəmiyyətlidir. Amma xəyanətə lazımi əhəmiyyət vermirsə, bu, yaxşı işarə deyil.
Digər əlaqələri də olubmu?
Əgər birlikdə əylənir, sizə hörmət etdiyini hiss edir və yaxşı bir insan olduğunu düşünürsünüzsə, ona bir daha şans verməyə dəyər. Amma onsuz da problemli bir əlaqə yaşayırsınızsa və ya sizi daha əvvəl də aldatdığından şübhələnirsinizsə, o zaman bir daha düşünün.