Əslində güvənsizliyi ya da etibarsızlığı dərhal xəyanət kimi başa düşmək olmaz…
Lakin çox vaxt bu bizdən asılı olmur…
Bir nəfərə verdiyimiz sözü yerinə yetirməməyimiz, kiminsə bizə inanmaması və yaxud hər hansı bir hadisəyə düzgün qərar verməməyimiz də etibarsızlıq kimi qiymətləndirilə bilər.
Qadın kişi əlaqəsindən söhbət getdikdə isə söhbətin nədən getdiyini təxmin etmək elə də çətin olmur...!
Etibar və güvən qadın kişi bərabərliyinin təməl daşıdır.Zaman keçdikcə aradakı inam bir-birimizi dəstəkləyən hərəkətlərimizlə daha da güclənərək bizi əhatəsinə alan bir güvən çevrəsi yaradır ətrafımızda.Və biz bu güvən çevrəsinin içində olduqda, özümüzü təhlükəsiz hiss edirik.Bu çevrəni- uşaqkən oynadığımız "gizlən-qaç" oyununa bənzətmək olar.Gizləndiyimiz, sığındığımız yerdə özümüzü çox təhlükəsiz hiss edərik.Lakin biri gəlib desə " Sən düz yerə sığınmamısan, yaxud yaxşı yerdə gizlənməmisən get qarşıda gizlən!"- necə də pis olarıq.Təsəvvür edirsinizmi? Nə hisslər yaşayarıq?!
Lakin bu güvənin sarsılması,artıq bütün insanlara qarşı bir inamsızlıq yaradır.Və bir dəfədən artıq təkrarlanırsa vəziyyət daha da ağırlaşır .Bu hissi bir dəfə yaşamış insan həmişə bu hissi yenidən yaşayacağından qorxaraq təşvişlə sabahı gözləyir.İnsanlara olan inamını itirir.
Bu da təəssüf ki, daxilimizdəki "növbətçi əsgəri" oyadır.
Bu zaman, elə bu anda yeni bir yoldaşımız meydana çıxar.Tanış olaq… "Özümüzü müdafiə etmə mexanizmi"…
Tam zamanında gələn bu qəhrəman bizi qorumaq- təkrar sınmaqdan qorumaq üçün vaxtında köməyimizə çatar.
Bəs o da olmasa…
Necə sağalar bu yaralarımız…?