Ramazan süfrələrinin əvəz edilməzi xurmadır. Xurmanın, qan şəkərini balanslamasından əlavə insan sağlamlığına da bir çox xeyri var. Ramazan ayında çox satılan xurmanı alarkən nələrə diqqət etməli?
Mütəxəssislərin verdiyi açıqlamaya görə; dadsız və quru olan xurmların içinə dadlanması üçün qlikoz vurulur. Bunun kimi xurmalar digər xurmalara görə daha ucuz satılır. Əgər aldığınız xurmanın qabında qlikoz yazılıba, bu xurmanı almayın.
Xurmanın təzə olub olmadığını başa düşmək üçün içinə baxmaq lazımdır. Əgər xurmanın içi tünd rəngdədirsə, bu köhnə olduğunu göstərir. Təzə xurmanın içi açıq rəngdə olmalıdır. Alınan xurma həmin gün yeyilməyəcəksə, soyuq yerdə saxlanılmalıdır.
Mütəxəssislərə görə qiyməti ucuz olan xurmalar alınmalıdır.