Qadin.NET / Cəhənnəm dəhşətini yaşamış insanlar

Cəhənnəm dəhşətini yaşamış insanlar

1. Qorxunc quyu

 

Cəhənnəm dəhşətini yaşamış insanlar


 

1992-ci ildə Atlantdakı restoran yaxınlığında başından güllə yarası alan və huşunu itirən 28 yaşlı Metyu Botsford ölüm ayağında ikən hiss etdikləri barədə danışıb.

Həkimlər Metyunu 27 gün davam edən süni komaya salıblar. Koma halında olan Metyunun gördüyü qorxunc səhnələrin onun qayıtmasına səbəb olduğu ehtimal edilir.

“Komada olanda əl-ayağımın bağlı olduğunu və çuxurda asılı vəziyyətdə qaldığımı gördüm. Aşağı baxdıqda sağa-sola gedən insan siluetləri görürdüm. Amma məni daha çox qorxudan qaynar, qara dumanlı quyunun üstündə tamamilə tək və çarəsiz olduğumu hiss etmək idi. Mənə elə gəlirdi ki, işgəncədən qışqıran adam səsləri eşidirdim, ancaq baxdıqda heç nə görmürdüm. Sanki iblislər ətimdən kəsib yeyirdi. Və sonra ətim yenidən düzəlir, ilbislər yenidən məni yeməyə gəlirdilər...

Bu sonsuz işgəncə idi. Xoşbəxtlikdən, divardan çıxan nəhəng bir əl məni bu əzablardan xilas etdi”.

O oyanmazdan öncə bu sözləri eşidib: "Saatınız hələ gəlməyib".

 

2. Cənnət qapılarına bənzəməyən qapılar

 

Cəhənnəm dəhşətini yaşamış insanlar

 

Kliniki ölüm keçirən bir çox insanlara Cənnəti görmək qismət olmur.

Əməli-saleh və xeyirxah insanları gözləyən qızıl darvazadan fərqli olaraq, Cəhənnəmin qapıları “Üzüklər hökmdarı” filmindəki Mordoru xatırladır.

Kliniki ölüm keçirən insanlar deyir ki, qapıya yaxınlaşdıqca istilik artır. Qapının önündə olanda istilik dərini yandırır. Qapıların açılmasından sonra, çarəsiz və ümidsiz ruhlar yerə enir və sonsuz əzablara dözürlər.

Dante "İlahi komediya. Cəhənnəm"də yazır ki, qapının üzərində "bura gələnlər bütün ümidlərini unutsunlar" sözləri qeyd edilib.

 

3. Əfvə dəvət

 

Cəhənnəm dəhşətini yaşamış insanlar

 

ABŞ-da keşiş Hovard Storm komaya düşüb və həyata baxışı tamamilə dəyişib.

Komaya düşən Hovardı xəstəxanaya çatdırırlar. Xəstəxanada oyanan keşiş onu heç kimin eşitmədiyinin fərqinə varır:

“Mənə tərəf gələn adamı saxlamaq istədim, amma birdən onu görmədim və bədənindən keçdim. Mənə aydın oldu ki, ölmüşəm, ruham. Qapı ağzında dayanan çoxlu adam gördüm. Məndən onlara qoşulmağımı istədilər. Nə edəcəyimi bilmədiyim üçün mən də onların ardınca getdim. Qapıdan keçəndən sonra qalın sis ilə örtülü olan başqa bir dünyaya düşdüm.

Bu dəvət mənə o qədər xoş gəlmişdi ki, çox sürətlə addımlayırdım. Arxaya baxanda artıq xəstəxana otağının məndən çox uzaqda olduğunu gördüm.

Amma uzaqlaşdıqca sis artır, daha vahiməli gəlirdi mənə. Yanımda gedənlər məni itələməyə başladı. Bu həyat şiddətli idi. Ətimi yeməyə başladılar.

 

Mən onlara müqavimət göstərməyə çalışırdım. Birdən bir səs eşitdim - “Dua et”. Bundan sonra mən bağıraraq dua etməyə başladım.

 

Sanki bu dualarım məni dəhşətlərdən xilas etdi. Xəstəxana yatağında oyananda bədənimə heç nə olmadığını gördüm”.

 

4. Müharibədən də dəhşətli

 

Cəhənnəm dəhşətini yaşamış insanlar

 

1978-ci ildə Corc Riçi kliniki ölümdən sonra öz təssüratlarını qeyd etdiyi “Sabahdan qayıdış” adlı kitab yazıb.

Corc İkinci Dünya müharibəsi zamanı pnevmaniyaya görə Virciniya şəhərindəki hərbi xəstəxanaya göndərilib. O, orada kliniki ölüm keçirdiyi dövrdə yaşadıqlarını belə ifadə edib:

“Ruhumun bədənimi tərk etdiyini və şəhərdə gəzdiyini xatırlayıram. Bu vaxt başqa bir həyatla qarşılaşdım. Bu sirli həyatda müxtəlif insanlar və ruhlar vardı. Bir görüntüdə bardakı dumanlıqda içki içənlər vardı. Digər görüntü isə daha dəhşətli idi. İnsanlar bir-birini dişləyir və döyürdülər. Bundan daha dəhşətlisi isə onların bir-birini sürüməsi idi. Belə səhnələr hər tərəfdə var idi”.

Qeyd edək ki, daha sonra Corc psixiatr olub və "ölümqabağı təcrübə" fenomeni ilə bağlı müxtəlif kitablar çap etdirdi. Bu kitablar araşdırmaçılar üçün çox önəmli vəsait idi.

 

XV əsrdə yaşayan alman rəssamı Hans Memlinq "Son qiyamət" əsərində bənzər səhnələri təsvir edib. Memlinqin əsərində insanların ölümqabağı yaşadığı dəhşətli hisslərdən bəhs olunur.

 

Kliniki ölüm keçirənlərin bəziləri evə qayıtmaq üçün yalvardıqlarını, ancaq onları dinləyən olmadığını, dərhal işgəncə verildiyini xatırlayır.

 

Bəziləri də şeytanların onları yanan çuxurda necə basdırdığından danışırlar.

 

5. Hər şeyi xatırlamaq

 

Cəhənnəm dəhşətini yaşamış insanlar

 

1991-ci ildə Endci Fenimor intihara cəhd edib. O, ölə bilməsə də, ölümün dadını hiss edib.

“Şüurumu itirdikdən sonra sanki bütün həyatım gözümün önündən keçdi. Bundan sonra sonsuz qaranlığa daldım və özümü çox tənha hiss etdim. Sonra bir səs eşitdim: "Biz intihar edənlərik".

Bu sözlərin beynimdə səsləndiyini başa düşdüm. Nə qədər danışmağa çalışsam da, heç kim məni eşitmirdi.

Sonra məni itirilmiş ruhların dolaşdığı sahəyə atdılar. Onlarla sərbəst şəkildə ünsiyyət qura biləcəyimi güman edirdim, amma anladım ki, onlar çəkdikləri əzablara görə artıq tükəniblər. Ona görə də ətrafdakı adamları görməməzlikdən gəlirlər”.

 

 

Müəllif: Günay Əli

9 may 2018
GO BACK