Qadin.NET / İt cinsləri və xarekterləri

İt cinsləri və xarekterləri

İt cinslərinin bir qismini sizə təqdim edirik. Bunları məlumat xarekterli bölüşürük. Heyvansevər üçün heyvanın cinsinin bir mənası yoxdur. Onların da yaşamağa haqqı olduğunu unutmayaq.

 

1. Golden Retriever

Mənşəyi İngiltərədən gələn bu cins itlər uşaqlarla çox yaxşı yola gedir. İtaət etməyi sevir. Digər heyvanlarla və insanlarla asanlıqla dostluq qura bilir. Yalnız qalmağı sevməyən itlərdir.

 

İt cinsləri və xarekterləri

 

 

2. Labrador Retriever

Keçmişdə adı St. John olan bu cins Kanadan gəlmiş cinsdir. Bu növ itlər soyuq suya atılaraq balıqçıların torlanı çəkmək üçün təlim görürlər. Mehriban və sevgi dolu xarekterləri olduğu üçün sevimli ev heyvanına çevrildilər. Hərəkətlidirlər, suyu sevirlər. 

 

İt cinsləri və xarekterləri

 

 

3. Terrier

Bu itlərin siçan ovlamaq qabiliyyətləri vardır. Kiçik və sevimli olduqları üçün sevilən cinsdir. Yalnız seçdikləri uşaqlarla yola gedirlər. Aqressivləşə bilirlər.

 

İt cinsləri və xarekterləri

 

 

4. Pug

Ən qədim it irqlərindən sayılır. Tarixi hadisələrdə adlarına rast gəlmək mümkündür. Sahiblərinin səs tonlarına qarşı həssasdırlar, durduq yerə hürməzlər, mehribandırlar.

 

İt cinsləri və xarekterləri

 

5. Beagle

Hər kəsi sevən, enerjili itlərdir. Sosial, cəsur və ağıllıdırlar. Yalnız qalmağı sevməzlər, yüksək səslə ulaya bilirlər. Ətrafı kəşf etməyi sevirlər. İllərlə dovşan ovunda istifadə olunublar.

 

İt cinsləri və xarekterləri

 

 

 

6. Alman qurdu

Sadiq və ağıllı itlərdir. Daha çox polislərin istifadə etdiyi bu cins qaçaqmalçılıq və narkomaniya ilə mübarizədə istifadə olunur. Bu cinsin adı Alman qurdu olsa da, Sibir, Alaska, Kanada qurdu növləri də var.

 

İt cinsləri və xarekterləri
5 mart 2018
GO BACK