Hazırda dünyanın 123 ölkəsində 35 000 restoran şəbəkəsi ilə fəaliyyət göstərən"McDonald's"ın gəliri ötən il 25 milyard dollara yaxın olmuşdur. Bəs, hansı ölkələrdə "McDonald's" restoranlar şəbəkəsi fəalliyyət göstərmir?
Bermuda
1995-ci ilə qədər bu Karib dənizi adasında yalnız bir ədəd "McDonald's" restoranı var idi. Ölkədə 1970-ci illərdən xarici fəst-fud şəbəkələrinin fəaliyyətini qadağan edən qanun qüvvədədir. Lakin, "McDonald's" 1985-ci ildə qanunda boşluq taparaq ABŞ Hava Qüvvələrinin yerləşdiyi ərazidə restoran kimi fəaliyyətə başladı. Restoranın yerləşdiyi ərazi 1995-ci bağlandığından "McDonald's" da fəaliyyətini dayandırdı. Fəst-fud şəbəkəsi 1999-cu ildə yenidən qanunda boşluq taparaq fəaliyyətə başlamaq istəsə də, ölkə buna imkan vermədi.
İran
Son illərdə İran ilə ABŞ arasındakı münasibətlərin gərginliyi Qərb şirkətlərinə təsirsiz ötüşməyib. Bu mənada ən böyük zərbələrdən biri də "McDonald's"a dəyib. Belə ki, 1979-cu il İran İslam İnqilabından sonra Qərb ölkələrinin bu ölkəyə girişi müxtəlif yollarla qadağan edilib. İran özünün "McDonald's"ın əvəzedicisi olan "Mash Donald's"ı yaradıb.
Makedoniya
Balkanlarda yerləşən kiçik Avropa dövlətinin az sayda daha dəqiq desək, 7 ədəd "McDonald's" restoranları var idi və onların çoxu ölkənin paytaxtı Skopyedə yerləşirdi. 2013-cü ildə Makedoniyadakı "McDonald's"ı idarə edən şəxsdən lisenziya alındıqdan sonra, 7 ədəd restoranların hamısı həmişəlik bağlandı.
Yəmən
Yəmənin iqtisadiyyatı stabil olmadığından "McDonald's" həmin ölkədə restoranların açılmasının "iqtisadi cəhətdən etibarlı" olmasına inanmır.
Monteneqro
2003-cü ildə "McDonald's" kiçik ölkədə kiçik bir yer aldı; bu, sadəcə bir mobil "McDonald's" idi. Lakin, dövlət tərəfindən qısa müddətdən sonra bağlandı.
Şimali Koreya
Ölkədəki totalitar rejim ABŞ şirkətlərinə qarşıdır və bu məsələdə "McDonald's" istisna deyil. Lakin, Şimali Koreya hökumətinin elit üzvləri özləri üçün Cənubi Koreyadan istədikləri qədər "McDonald's" məhsullarını gətizdirə bilirlər.
Boliviya
Sonuncu "McDonald's" restoranı bu Cənubi Amerika ölkəsində 2002-ci ildə fəst-fud nəhəngi ilə hökumət və vətəndaşları arasında yaranan narazılıqdan sonra bağlandı. Boliviyanın hazırkı prezidenti françayzinqlə bağlı fikirlərini bildirib: "McDonald's insan sağlamlığına önəm vermir, istədiyi sadəcə şirkətin mənfəətinin artmasıdır".
İslandiya
İslandiya 2008-2009-cu illərdə baş verən qlobal maliyyə böhranı zamanı iqtisadi tənəzzüllə qarşılaşdığından "McDonald's"ın vəziyyəti ağırlaşdı və 2009-cu ildə bağlandı. Lakin, şayiələrə görə, İslandiya hökuməti fəst-fudun ölkədə olmasından razı deyildi. Bütün bunlara baxmayaraq, İslandiya yaxın gələcəkdə bu siyahını tərk edə bilər. "McDonald's"ın bu ölkə ilə bağlı "inkişaf planları" var.
Milli.Az