Atadan keçən xüsusiyyətlər;
Çılğın davranışlar
Elm adamlarına görə risk alma və adrenalinli həyat yaşamaq istəyi kimi davranışlara təsir edən bir gen var və bu gen atadan gəlir. Əgər həyat yoldaşınız risk alma işində yaxşıdırsa, bunun övladınıza keçmə ehtimalı yüksəkdir.
Cinsiyyət
Araşdırmalara görə uşağın cinsiyyətini müəyyən edən atadır. Anadan keçən X xromosona qarşı atadan X və ya Y xromosonu keçir. XX olduqda uşaq qız, XY olduqda uşaq oğlan olur.
Barmaq izi
Hər kəsin özünəməxsus barmaq izi var. Barmaq izləri heç kimdə eyni olmur. Amma bəzi cizgilər atanızla eyni olur.
Ruhi sağlamlıq və xəstəliklər
İnsan zehnini anlamaq həmişə çətin olmuşdur. Ancaq araşdırmaya görə, diqqət çatışmazlığı, hiperaktivlik və şizofreniya kimi problemləri olan ataların uşaqlarında bu xəstəliklərin olma ehtimalı 4 faiz daha çoxdur.
Boy
Uşaq boyu çox vaxt ata tərəfindən alır. Ata uzun boyludursa, uşağı uzun boylu olma ehtimalı yüksəkdir.