Qadin.NET / Bədənizdə kimin ruhu yaşayır?

Bədənizdə kimin ruhu yaşayır?

Bədənizdə kimin ruhu yaşayır?

Buddizmə görə insan ömrü sonsuz həyatın bir hissəsidir. Yəni, biz insanlar sadəcə şəxsiyyət deyil, həmçinin enerji selinin növbəti daşıyıcılarıyıq. Bir insan dünyadan köçəndə onun ruhunun enerji seli doğulan bir körpənin bədəninə köçür.

 

Təkrarlanan yuxular

Bəzən yuxularınız bir neçə dəfə təkrarlana bilər. Bəzənsə yatmadığınızı duyur, hadisələri sanki kənardan müşahidə edirsiniz. Bu hal artıq bir neçə bədəndə yaşamış ruhunuzdan xəbər verir.

 

Yaşınızdan böyük görünürsünüz

“Sizin qoca qəlbiniz var” fikrini özünüzə aid edirsinizsə, demək ruhunuz sizdən öncə digər bədənlərdə təcrübə keçib.

 

İntuisiyanız güclüdür

Çox vaxt baş verəcək hadisələri öncədən təxmin edirsiniz. İnsanlar bu xüsusiyyətinizə görə sizdən məshələt də alırlar. Demək ki, həyatınız boyu artıq yaşadığınız bir çox hadisə və insan tanımısınız.

Bədənizdə kimin ruhu yaşayır?

Bu dünyanın insanı deyilsiniz

Çox vaxt özünüzü bu dünyada tək hiss edirsiniz. Dərdinizi bölüşmək üçün özünüzə yaxın hiss edəcəyiniz dost tapa bilmirsiniz. Buddistlərə görə, bu, ruhunuzun sizdən öncə yaşadığı bədən üçün darixdığından irəli gəlir.

 

Dinə meyillilik

Özünüzü Tanrıya digərlərindən daha yaxın hiss edirsiniz. İbadət zamanı dilə gətirdiyiniz dualar sizə gerçək həyatdan daha yaxındır. Uzaqlarda da olsa, qeydinizə qalan bir ilahi qüvvənin sizi qoruduğuna inanırsınız. Bu da ruhunuzun yaradanla uzunmüddətli ünsiyyətindən irəli gəlir. Demək ki, enerji selinizin yaşı çoxdur.

 

Leyla Sarabi

 

Publika.az

8 yanvar 2018
GO BACK