Özünü dəyərsiz hiss edən insanlar məşhur insanları təqlid etməyə çalışır. Mimikalarını belə onlara oxşatmağa çalışırlar. İranda Angelina Jolieyə oxşamağa çalışan 29 yaşındakı Sahar Tabar aylarla pəhriz saxladı, 40 kilo oldu. 50 dən çox estetik əməliyyat keçirən Tabar, son halı ilə diqqət çəkdi.
Mimikalar belə təqlid olunur.
Kiməsə bənzəmək yaş və cinsə görə dəyişmir. Geyim, saç, makiyaj və estetik əməliyyatlar əsnasında mimikalar belə təqlid oluna bilir. Özünəməxsus olmaq çətin olduğu üçün, çoxu asan yola, təqlid etməyə üstünlük verir. Orjinala nəzərən saxtanın daha ucuz olmasına bənzəyir bu hal. Təqlidin artdığı və özünə məxsusluğun dəyər itirdiyi bir dövrə ayaq basırıq.
Təqlid ilham almaq səviyyəsində qalmalıdır.
Nümunə götürmək və təqlid etmək bir yerə kimi inkişaf etdirə bilir. Ancaq təqlid, ilham alma səviyyəsində qalmalıdırlar və bundan sonra özünüzə məxsus tərzi tapmalısınız. Psixoloq Evrensel - "bir insan yaxın ətrafı tərəfindən qəribə qarşılanmasına rəğmən fərqli biri kimi davranmağa başlayırsan demək burda bir problem var" deyir. Özünü dəyərsiz hiss edən insanlarda təqlid ortaya çıxır.