Qadin.NET / Sabun daha faydalıdı, yoxsa duş geli?

Sabun daha faydalıdı, yoxsa duş geli?

 

Ümumilikdə bir çoxumuz vanna qəbul edərkən xoş bir qoxu verdiyi üçün sabun yerinə duş geli ilə yuyunmağa üstünlük veririrk. Qoxusu ilə bizləri cəzb etməsindən əlavə  sürətli bir formada təmizlənməyimizi də təmin edən duş gelləri, alergiyası olan insanlarda bəzi problemlərə səbəb ola bilir.

 

Sabun daha faydalıdı, yoxsa duş geli?

 

 

Alergiyaya görə duş geli istifadə edə bilməyən insanlar bu dəfə də sabunla yuyunmağa üstünlük verirlər. Ancaq, təəssüf ki, hər iki məhsulun da tərkibində pH tarazlığını pozan kimyəvi maddələr var. Buna görə istər sabun da, istərsə də duş gelində diqqət etməli olduğumuz əhəmiyyətli meyar, pH dəyərinin 7-dən aşağı olmamasıdır. Dəri tipinizi bilərək ehtiyacınıza görə təbii bir təmizləyici ilə yuyunsanız dəri problemlərinə qarşı tədbir almış olarsınız.

 

Sabun daha faydalıdı, yoxsa duş geli?

 

24 noyabr 2017
GO BACK