Qadin.NET / Rənglərin mənaları və təsirləri

Rənglərin mənaları və təsirləri

 

1. Qırmızı

 İsti, od, qan, eşq, səmimiyyət, həyəcan və aqresivliyi bildirir. Qan təzyiqi və tənəffüsü sürətləndirir. İnsanları tez qərar qəbul etməyə və gözləntiləri artırmağa təşviq edici təsiri var. Qırmızı diqqət çəkici bir rəngdir. Qırmızı rəngindəki sözlər və obyektlər insanların diqqətini o saat çəkir. Dekorasiya və dizayn edərkən qırmızı rəngi seçsək bu əşyalar o saat seçiləcək.

Rənglərin mənaları və təsirləri

Qırmızı, hakimiyyət quran bir rəngdir. Qırmızı rəng insanların zamanı unutması ilə yol açır. Buna görə də barlarda və gecə klublarında qırmızı rənglərə üstünlük verilir. Qırmızı qan rəngidir, əsrlər boyu təhlükənin və təxribatın simvolu olmuşdur. İşiqforun "dayan" işığı buna görə qırmızı rəngdir. 

 

2. Mavi

 Yalnızlığı, kədəri, depresiyanı, alimliyi, güvəni və sədaqəti bildirir. Psixoloqlar xəstə ilə görüşlərində mavi rəngli geyimlər əsla geyinməməlidirlər. İş görüşlərinə gedərkən mavi rəngdə geyinmək qərarlığı və bağlılığı ifadə edir. Mavi rəng iştah küsdürücüdür və bəzi vəziyyətlərdə itici təsir yarada bildiyindən çəki almaq istəyənlərin mavi rəngdən uzaq dayanmaları lazımdır. Çəki problemləri olanların evlərini mavi rəngə boyamalı, onların pəhrizinə kömək etmiş ola bilər.

Rənglərin mənaları və təsirləri

 

3. Sarı

Parlaq limon sarısı ən çox göz yoran rəngdir. Eyni zamanda sarı rəng maddələr mübadiləsini tezləşdirir. Otağınızı parlaq sarıya boyasanız körpələrin ağlamasına və böyüklərin əsəbləşməsinə yol açarsınız. Həmçinin sarı səhifəli not dəftəri və kompyuter ekranında sarı rəngli arxa fon yaxşı bir fikir deyildir. Beyninizi və gözlərinizi yorur. 

Rənglərin mənaları və təsirləri

 

Sarı az miqdarda istifadə edildikdə parlaqlıq və istilik hissi verir. Eynilə günəşli bir gün kimi dəvət edicidir. Sarı, günəş işığı kimidir, özünüzü yaxşı hiss etmək üçün orada olmasını istəyiriniz, amma gözünüzün içinə girməsini istəməzsiniz. 

 

4. Yaşıl

Yaşıl, bir çox anlayışla əlaqəli olaraq qarşımıza çıxır, bunların içində ən güclüsü və universal olanı təbiətdir. Buna bağlı olaraq ayrıca yaşamı, gəncliyi, yenilənməyi, ümidləri və dincliyi bildirir. Bəzi mədəniyyətlərdə orta yaşdakı gəlinlər, doğurqanlığı bildirməsi üçün yaşıl geyinirlər.

Rənglərin mənaları və təsirləri

Yaşıl eyni zamanda xəstəxanalarda da istifadə edilən bir rəgdir. Çünki, xəstələrin rahat olmasına kömək edir. Yaşıl rəng həm də Amerika mədəniyyətində pulu bildirir.

 

5. Qara

Mübahisəli bir rəngdir. Bir tərəfdən qaranlıq güclər, günah və mənfi düşüncələri xatırladarkən, digər tərəfdən sədaqət, dayanıqlılıq ilə əlaqələndirilir. Bir tərəfdə idarə etmə və güc mənasına gələrkən digər tərəfdən ağrı, kədər və yas mənasına gəlir. Qara, bir çox insan üçün geyim rəngidir. Bəziləri qaranı ciddi və güclü göstərmək üçün istifadə edir. Bəziləri isə arıq göstərdiyi üçün seçirlər.

Rənglərin mənaları və təsirləri

Qara rəngi sevən insanların əsasən özgüvəni yüksək, əzimli və qərarlı insanlardır. Öz qərarlarını özləri vermək istəyirlər. Bu xüsusiyyətləri ilə iş həyatında müvəffəqiyyətli ola bilərlər.

 

6. Ağ

Saflığı, təmizliyi və məsumiyyəti bildirir. Bir çox mədəniyyətdə gəlinlər ağ geyinir. Həmçinin təmizliyi bildirir. Buna görə həkimlər, tibb bacıları təmiz görünmək üçün ağ geyinirlər.

Rənglərin mənaları və təsirləri

Ağ, işığı əks etdirir və mühiti sərin saxlayır. Ümumi olaraq sərin və canlandıran bir hiss verir. Ağ rəngi sevən insanlar düşünməyi sevən, xəyal dünyası geniş, soyuqqanlı və yola gedən insanlardır.

8 noyabr 2017
GO BACK