Qadin.NET / Dünyanın ən vahiməli dəlikləri

Dünyanın ən vahiməli dəlikləri

Dünyanın 5 ən dərin və vahiməli dəlikləri-FOTOLAR

Dünyada mövcud olan dəliklər coğrafi hadisələrin təsiri nəticəsində, bəzən də dağ mədənlərində sərvət axtarışı zamanı yaranır. Mövqe.Az oxucularına dünyanın ən dərin və qəribə dəliklərinin fotolarını və yerləşmə yerlərini haqqında məlumat verir.

 

1.Montiçello bəndi, Kaliforniyada 1953-1957 ci illərdə inşa edilmişdir. Dəliyin diametri 27 metrdir.

Dünyanın ən vahiməli dəlikləri

 

2. Darvaza qaz krateri (Cəhənnəmin qapısı)- Bu dəlik Türkmənistanda Qaraqum səhrasının tam mərkəzində yerləşir və onun parıltısını gecə vaxtlarında bir-neçə kilometrdən görmək mümkündür. Bu dəlik Sovet vaxtında, 1950-ci ildə qaz kəşfiyyatı zamanı insanlar tərəfindən yaranmışdır. Dəliyin diametri 60 metr, dərinliyi isə 20 metrdir.

 

Dünyanın ən vahiməli dəlikləri

 

 

3. Kimberli almaz mədəni (Ən böyük dəlik) - Şimalı Afrikada yerləşir. 1866 və 1914-cü illər arasında bu dəliyin qazılmasında 50 000 mədənçi işləmişdir və 2722 kq almaz əldə etmişdirlər. Ümumi sahəsi 17 hektar, eni 463 metrdir. 240 metr dərinliyində qazılsada, dibi zibillə dolmuş və 175 metr qalmışdır.

Dünyanın ən vahiməli dəlikləri

 

4. Binqham mis mədəni- Yutada Oquir dağlarında yerləşir. Mədənin dərinliyi 1,2 km, eni 4 km-dir. Bu dünyanın ən geniş süni qazıntı işidir. 2004-cü ildən bəri dəlikdən, 17 milyon tondan çox mis, 715 ton qızıl, 5900 ton gümüş ,586 ton molibden çıxarılmışdır.

Dünyanın ən vahiməli dəlikləri

 

5. Nəhəng göy dəlik, Beliz- Bu dəlik Beliz şəhərinin yaxınlığındadır. Dərinliyi 124 metrdir. Bu dəlik okeanda baş verən coğrafi hadisələr zamanı yaranmışdır.

Dünyanın ən vahiməli dəlikləri

11 oktyabr 2017
GO BACK