Qadin.NET / 2017-ci ilin ən yaxşı kosmos fotoları

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Şimalın avroralarından tutmuş, gecə buludlarına qədər hər detal göy üzünü görüntüləyən fotoqraflar üçün heyrətamiz görüntü mənbəyidir.

 

Bu anlardan bəzilərini özündə ehtiva edən fotolar hər il İngiltərənin Qrinviç Kraliyyət Rəsədxanası tərəfindən təşkil edilən "İlin Astronomiya Fotoqrafçısı" (Insight Astronomy Photographer of the Year) yarışmasında iştirak edir.

 

Sizlərə yarışmanın final mərhələsinə vəsiqə qazanan əsrarəngiz fotoları təqdim edirik:

 

Məğlub olacağımız savaş

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Çinin Milli Rəsədxanasında yerləşən radio teleskop Süd yolu qalaktikasının əzəməti qarşısında savaş elan etmiş kimi dayanıb.

 

Paytaxt Pekində çəkilən fotoda çirkli işıq və elektromaqnetik səs-küyün böyük şəhərlərin ətrafında tikilmiş rəsədxanaları necə "kar və kor" hala gətirdiyi görünür.

 

Şimal avroralarından çələng

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Rusiyanın Murmansk bölgəsində qarla örtülən ağaclarla çevrələnmiş göy üzü mənzərəsi şimal işıqları ilə boyanaraq möhtəşəm bir tablo yaradıb.

Küçə lampalarının çəhrayıya boyadığı ağacların avroralarla vəhdətini göz önünə sərən bu fotonu Yuliya Zulikova çəkib.

 

Qayalıqların üzərində yüksələn hilal

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

İngiltərənin Vayt adasında "Needles" adı verilən qayalıqların üzərində günəş batarkən Ay hilal şəklində yüksəlir.

 

Foto Eynsley Bennet tərəfindən çəkilib.

 

Şərq qabaqcıllığı

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Paul Andreyin lentə aldığı bu fotoda günəşi çevrələyən qaz kütləsinin bir qismi görünür.

 

Payız və Süd yolu

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Öndə payızın qızılı rəngə boyadığı ağaclar, arxa fonda isə qarla örtülmüş qədim dağ və əzəmətli Süd yolu...

 

Fotoqraf Brandon Yoşizava tərəfindən çəkilən bu görüntü təbiətin gözəlliklərini cəsarətlə təqdim edir. O bu iddialı fotonu Kaliforniyanın Şərqi Sierra bölgəsində çəkib.

 

Təlaş və sakitlik

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Honqkonqun təlaşını və səmanın sakitliyini bir araya gətirən bu foto Priska Lou tərəfindən görüntülənib.

 

Viktoriya təpəsindən çəkilən fotoda üfüqdə işığın çirkli görüntüsü var. Uzun fokuslanma ilə çəkilən fotoda hərəkət edən avtomobillərin işıqları çizgi halında yansıyır.

 

Göyüzünü boyamaq

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

Nikolas Aleksandr Otto Norveçin Lofoten adalarında yaşadığı kiçik komasından Kvalkivadakı bu sahilə çatmaq üçün saatlarla yol gedib.

O, sahilə çatdığında artıq gecə düşüb. Başını səmaya doğru qaldırarkən isə şimal işıqlarının daha öncə heç şahid olmadığı qədər cazibədar olduğunun fərqinə varıb.

 

Fotoqraf bu əsərində müxtəlif aspektlərdən çəkdiyi 6 fotonu birləşdirib.

 

Ulduz və Yupiter

 

2017-ci ilin ən yaxşı kosmos fotoları

 

 

İngiltərənin Dorset bölgəsindəki Portland ərazisində lentə alınan fotoda bir tərəfdə Yupiter, digər tərəfdə isə axan ulduz heyrətamiz görüntü yaradıb.

Fotoqraf Rob Bove bu fotonu birində qayaları, digərində isə səmanı görüntüləyə bilmək üçün iki dəfə çəkib.

 

15 avqust 2017
GO BACK