Qadin.NET / Bu cür cəsur dost ola bilərsinizmi?

Bu cür cəsur dost ola bilərsinizmi?

 

 

Bu cür cəsur dost ola bilərsinizmi?

 

Çinin kiçik şəhərlərindən sayılan Xebeyin Lyu Şi Çinq (Lui Shi Ching) adlı sakini cəsarətli əməlinə görə əvvəlcə ölkədə, daha sonra bütün dünyada məşhurlaşıb. O, dostunu düz 8 il müddətində məktəbə kürəyində aparıb.

Onun dostu Lu Şaonun (Lu Chao) anadangəlmə dayaq-hərəkət aparatında qüsuru var, bu səbəbdən də müstəqil şəkildə gəzə bilmirdi. O, məhz Şi Çanqın yardımı nəticəsində təhsil almağa imkan tapmışdır.

Şaonun valideynlərinin xüsusi araba və ya uşaq taksisinə verməyə pulları olmayıb. Həm də işlədiklərindən oğullarını məktəbə apara bilməyiblər. Cəsur dost üçün bu asan bir tapşırıq deyildi, çünki, sağlam fiziki duruma sahib olmasına baxmayaraq, həmyaşıd sinif yoldaşını kürəyində daşımaq çox çətin idi. Şi Çinq jurnalistlərə verdiyi müsahibədə deyib ki, o, bu çəkini qaldıra bilər, ya yox - sualını özünə verməyib, yəni bu fikri heç vaxt ağlına gətirməmişdi. Sadəcə dostuna yardım etdiyinə görə özünü xoşbəxt hiss edirdi və bu hiss onu düz 8 il müddətində çətinliyə davam gətirməyə dəstək olub.

 

 

Bu cür cəsur dost ola bilərsinizmi?

 

 

Ən maraqlısı budur ki, cəsur oğlanın valideynləri övladlarının dostunu arxasında gəzdirdiyini, bu yardımı göstərməyə başladıqdan 4 ildən sonra biliblər.

Bu hekayəni dostlarınızla da bölüşün. Hər bir yaxşılıqda maddi maraq güdmək lazım deyil. Hər bir iş maddiyyatdan asılı deyil. İnsan belə cəsur insanları tanıdıqca həyata sevgisi daha da artır, yaxşı insanların hələ də yaşadığını bilib, özünü xoşbəxt hiss edir.

 

Hazırladı: Fərid Abdullah

23 iyul 2017
GO BACK