Qadin.NET / Facebook haqqında narahatedici reallıqlar

Facebook haqqında narahatedici reallıqlar

Facebook haqqında narahatedici reallıqlar

1. Üz tanıma

Əgər dostlarınız Facebook-da sizi bir şəkilə etiketləyirsə, bu məlumat Facebook-un məlumat bazasına qeyd edilir. Facebook-un süni intellekti, sizin üzünüzü tanıyır və sizi tapır. Facebook-un alqoritmi o qədər yaxşıdır ki, sizin kim olduğunuzu 98% ehtimalla doğru təxmin edəcəkdir. Hər yeni yüklənən şəkillə birlikdə, bu mövzuda özünü daha çox inkişaf etdirir. Bu mövzu haqqında qorxu yaradan sual isə, Facebookun bu xüsusiyyəti başqa şirkətlərə satıb satmadığıdır.

Facebook haqqında narahatedici reallıqlar

2. Facebook nə vaxt harda olduğunuzu bilir

Əgər Facebookun Messenger tətbiqini siz də yükləmisinizə, yerinizi bildirən  düyməni söndürməməniz yüksək ehtimaldır. Əgər Facebook-un harda olduğunuzu bilməsi sizi narahat etmirsə, o düymə açıq qalsın. Fəqət sizi izləmək istəyən biriləri, bu tətbiq vasitəsilə  harda olduğunu asanlıqla tapa bilərmi? Proqramistlərə görə bu sualın cavabı bəlidir.

Facebook haqqında narahatedici reallıqlar

3. Facebookdan istifadə etmək əhvalınızı poza bilir.

Facebookdan istifadə etdikcə özünüzü pis hiss etmə ehtimalınız lduqca yüksəkdir. Sosial medianı həddindən çox istifadə etmək problemlərə yol aça bilir. Yale Universitetinin araşdırmalarına görə həddindən çox sosial media istafadə edən insanlar zehni problemlərə rast gəlmək olur. Başqa insanların həyatlarını daim olaraq izləmək, öz həyatınızı əksik görməyinizə və bədbəxt hiss etməyinizə səbəb ola bilir.

4. Facebook yalnız olan insanların daha çox yalnız hiss etməklərinə səbəb ola bilir.

Psixiatr Sudeepta Varmaya görə Facebooka görə daim insanların nə etdiyini bilirik və heç nə etməyən insanlar buna görə özlərini əksik hiss edə bilirlər. Bu nəticə 82-i insan üzərində aparılan araşdırmaya görə əldə edilmişdir.

 

Facebook haqqında narahatedici reallıqlar

5. Facebook düşdüyünüzdən daha çox şey bilir. 

Facebook sizi daima məşğul edir. Bunun istifadəçiyə bir şey təqdim edərək bacarır. Analizlər təqdim edərək qarşısındakı istifadəçini ölçər və nəyə pul verib verməyəcəyinə əmin olar. Google üzərindən etdiyiniz hər araşdırma snra Facebook üzərindən qarşınıza reklam olaraq çıxır. 

30 iyun 2017
GO BACK