Təbii fəlakətlər uşaq və gənclər üzərində zədələyici təsirlərə səbəb olarlar.Tufan,fırtına,zəlzələ kimi təbiət hadisələri insanların yaşadıqları mühitin dağılmasına yol açdıqları üçün yetkinlər baxımından da qorxuducudur.Cəmiyyətə tamamilə təsir edən fəlakətlər uşaqlarda “təhlükəsizlik” və “normallıq-adilik”-duyğularının sarsılmasına səbəb olar.
Qasırğa,bora,xortum,şiddətli fırtına,zəlzələ,sunami və sellər sıx rast gəlinən təbiət hadisələridir.
Ümumiyyətlə qasırğaların meydana gəlməsi gün ya da həftələr əvvəli təxmin edildiyindən,fırtına əvvəli ailələrin ehtiyaclarını təmin etmələri və hazırlanmaları üçün vaxtları olar.Ancaq bu vəziyyət xüsusilə uşaqlarda qorxu və narahatlığın yaranmasına gətirib cıxarar.Qasırga sonrası şiddətli külək, yağış, şimşək və göy gurultusu səbəbiylə hadisədən həftələr və aylar sonra uşaqlar səslərə qarşı qorxuyla reasiya verərlər.Duyğusal və fiziki olaraq tükənmə hiss edərlər.Bəzi uşaqlar digərləri yaralanıb həyatlarını itirərkən xilas olduqları üçün günahkarlıq hiss edərlər.Bora,xortum kimi digər təbiət hadisələrindən fərqli olaraq zəlzələlər hər hansı bir xəbardarlıq olmadan meydana gələr.Bu vəziyyət fəlakət qurbanlarında başa çıxmağı asanlaşdırıcı psixoloji uyğunlaşmanın azalmasına səbəb olar. Həyatda qalanlar artcı şokların sarsıntıları,partlama səsləri,dağıntını xatırladan duman,his kimi gerçəklərlə qarşılaşmaq məcburiyyətində qalarlar.Xortumlar da zəlzələlər kimi insanlara hazırlanmaları üçün vaxt vermədən birdən meydana gələrlər.Bir neçə dəqiqə içində geniş diametirli dağıtmalara səbəb olarlar.Xüsusilə uşaqlar üçün qarışıqlıq və çaşqınlıq yaradan bu vəziyyətlə bağlı başa çıxmaq çox çətindir.Tufanlar da xəbardarlıq olmadan meydana gələr.Şiddəyini artıraraq sürətlə hərəkət edərək ağacları aşırdar,yol və körpüləri yıxar,binalari xarabaya çevirər.Yixiq və tərk edilmiş məkanlar ,hər yeri örtən palçıq və soyuq insanları çarəsizliyə sürüyər.Sellər bir gecə içində çəkilmədiyi üçün yaşanılan məkanların təmizlənməsi günlər,həftələr ala bilər.Mütəxəssislər təbii fəlakətlər sonrası sosio-iqtisadi və mədəni səviyyələri fərqli insanların hadisələr yoxlamalarının xaricində meydana gəldiyi üçün özlərini gücsüz hissetdiklərini və mənfi duyğusal reaksiyalar sərgilədiklərini ifadə etməkdədir. Təbii fəlakətlər sonrası uşaqlarda sıxlıqla müşahidə edilən ortaq duyğular da var.İnsanlar təbiət hadisələrini tamamilə maneəliyə bilmə bacarığına sahib deyildirlər.Bu səbəblə uşaqlarda da hər şeyin idarə xarici olduğu duyğusu çox diqqətə çarpandır.Fəlakətlər təbii,alışılmış nizamın pozulmasına yol açar.Uşaq”Belə bir fəlakət yaşanarsa ,başıma hər cür pislik gələ bilər” düşüncəsiylə etibarını itirə bilər.Təhlükəsizlikdə olmadığı duğusuna qapılar.
Zədələyici təsirlər yaradan təbiət hadisələri sonrası uşaqlarda sıx görülən bəzi əlamətlər bunlardır.
*Məktəb əvvəli çağ uşaqlarında körpə davranışlar sərgiləmə ,barmaq əmmə,alt islatma,ana-ataya möhkəmcə sarılma,dəcəllik,yuxu pozğunluqları, iştahsızlıq,qaranlıqdan qorxma,yoldaşlarından və adi gündəlik nizamdan uzaqlaşma və.s əlamətlər müşahidə edilə bilər.
*İbtidai məktəb dövrü uşaqlarında hirs, təcavüzkarlıq, gecə kabusları,məktəb rəddi,diqqət dağınıqlığı,yoldaş və fəaliyyətlərdən uzaqlaşma,akademik və davranışsal bucaqlardan gərilmələr görülə bilər
*Yetkinlərdə bəslənmə və yuxu nizamsızlıqları,kompleks duyğular,ziddiyyətlər əsəbilik,fiziki şikatətlər(baş və mədə ağrıları və.s),diqqət dağınıqlığı,məktəb müvəffəqiyyətsizliyi,cinayət törətmə,spirt, siqaret və narkotik istifadə etmə kimi əlamətlər müşahidə edilə bilər.
Bəzi uşaqlar fəlakətin özlərinin daha əvvəldən etmiş olduqları qəbahətlər üzündən olduğunu düşünüb,günahkarlıq hiss edə bilərlər.Yaşanan hadisələr üzərində danışmaqdan qaçınanlar olduğu kimi,davamlı bu mövzu üzərində danışmağı istəyənlər də ola bilər.Bəzi uşaqlar bu davranışların heç birini göstərməyə bilər,yaşadıqları çətinlik xaricdən fərq edilməyə bilər.Kimi uşaqlarda isə bu çətinliklərə bağlı davranışlar həftələr və ya aylar sonra ortaya çıxa bilər.
Ani yaşanan şiddətli təhdid duyğusunun ardından uşaqlar hadisələrin təsirləriylə başa çıxa bilmək üçün həyatlarında əhəmiyyətli olan yetkinləri nümunə götürərlər.Ana-ata,müəllim və digər yetkinlər təbii fəlakətin ardından sakit davranaraq və başlarına pis bir şey gəlməyəcəyi mövzusunda inandırıcı danışaraq uşaq və gənclərə kömək edə bilərlər.
Ana-atalar təbii fəlakətlərdən təsirlənən uşaqlarına necə köməkçi ola bilərlər?
Hadisələr haqqında danışmaqdan qaçınmayın.Olanlardan sonra ağlınıza söz gəlmirsə,ona sarılaraq“Bu həqiqətən hamımız üçün çətin bir vəziyyət”demək hər saniyə işə yarayar.Sakit davranaraq ana-ata olaraq hər zaman onun yanında olacağınızı bildirin.Olanlar mövzusunda uşağınıza dürüst davranın.Vəziyyətin ciddiliyini inkar etmeyin.”Üzülmə hər şey yolunda”demək uşağın narahatlıqlarını azaltmaz.Uşaq yaxın bir gələcək üçün bunun doğru olmadığını bilər.Ona qarşı isti və mehriban davranın.
Uşaqların duyğu və düşüncələri ifadə etmələrinə icazə verin.Bəzi uşaqlar hadisələri təkrar təkrar izah etmək istəyərlər bu yaraları örtmə müddətinin bir parçasıdır.Onu diqqətlə dinləyin.Kiçik uşaqlar isə xilasetmə vasitəsi ,təcili yardım kimi oyuncaqlarla oynayaraq duyğularını ortaya qoya bilərlər.
Ən qısa vaxtda hadisələrdən əvvəlki ev nizamını təmin etməyə ya da yeni bir nizam meydana gətirməyə çalışın.Ailə üzvlərinin bir arada olmasına diqqət göstərin.Uşağınızın böyüklərə yenidən güvənməsini təmin etmək üçün ona verdiyiniz sözləri mütləq tutun.
Uşaqlarınıza mediada sıx iştirak eden fəlakətlərlə bağlı xəbər və proqramları izlətməyin.Seyr edə biləcəkləri digər proqram təkliflərindən danışın.
Hadisələrdə yaxınlarını və yoldaşlarını itirən uşaqlara dəstək verilməlidir.Böyüklər ölümlə bağlı danışmalardan,mərasimlərdən uşaqları uzaq tutaraq onları qoruyacaqlarını zənn edərlər.Bu vəziyyət uşaqda qayğı və qarışıqlıq yaradar.Ölümü izah edərkən sadə bir dil istifadə edin.Uşağın yaşına uyğun qısa,doğru məlumat verin.İstəsə mərasimə qatıla biləcəyini söyləyin və orada nələrlə qarşılaşacağına dair məlumat verin.
Hər böhran bir fürsətdir.Uşağınıza bu təbii fəlakətlərin cəmiyyətimizdəki və dünyadakı bütün insanları bir araya gətirdiyini xatırladın.Professional dəstək alın.Məktəblərdə vəzifə yerinə yetirən psixoloji məsləhətçilərdən,xəstəxana və digər təşkilatlarda işləyən pedaqoq,psixoloq və psixiyatrlardan kömək ala bilərsiniz.
Təhsilçilər təbii fəlakətlərdən təsirlənən şagirdlərə necə kömək edə bilərlər?
*Ümumiyyətlə ən qısa zamanda adi gündəlik proqrama dönmək uyğundur.Ancaq şagirdlər narahatsa məktəb gününün başlanğıcında qrup halında hadisələr üzərində danışa bilərlər.Müəllimlər gündəlik dərs proqramının xaricinə çıxaraq bu sualları yönəldə bilərlər: ”Hadisə olduğunda harada idin? Nə olduğunu,nə gördüyünü,nələr eşitdiyini izah etmək istərsənmi? Ən çətin ən pis an nə vaxt idi? Hisslərin nə idi? İndi nə hiss edirsən? Səni ən çox nə qorxutdu? ”
*Kağız,boya,gil,xəmir kimi fərqli vəsaitlər istifadə edərək şəkil çəkmə,əhvalat yazma,xatirə küncü meydana gətirmə kimi fəaliyyətlər şagirdlərə duyğularını ifadə etmə imkanı təmin edər.
*Dərsləri daha qısa tutaraq,daha az tapşırıq verin.Təbii fəlakətlərin necə meydana gəldiyini şagirdlərinizlə danışın.
*Uşaqlar həyatlarını idarə edə bildikləri duyğusunu yenidən qazanmaq üçün konkret bəzi fəaliyyətlər içində yer ala bilərlər; məsələn zərər görənlər üçün hədiyyədə iştirak etmək,yaxınlarına kart və ya məktub göndərmək,ölənləri yad etmək üçün ağac əkmək.
*Məktəbdə ölüm xəbərini eşitdirə biləcək ən uyğun adam müdürdür.Ölümü elan edərkən bu məlumatı bütün şagirdlərin eyni anda eşidə biləcəkləri mərkəzi anons sistemini istifadə edin.Daha sonar sinifləri tək tək gəzin.Xüsusilə ən çox təsirlənənlərə gedin.Ölən uşağın sırasını və ya əşyalarını qaldırmaq üçün tələsməyin.Bu əməliyyatları edərkən uşağın yoldaşlarından kömək alın.Ölən uşağın və ya təhsilçinin ailəsini ziyarət etmələri,evinə göndərmələri üçün şagirdləri cəsarətləndirin.Cənazə mərasimiylə bağlı tənzimləmələr edilməli,ümumi qanun olaraq istəyən müəllim və şagirdlərin cənazəyə qatılmalarına icazə verilməlidir.
*Şagirdlərinizi maraqlı jurnalistlərdən qoruyun.Medianın uşaqları istifadə etmələrinə icazə verməyin.
*Şagirdlərinizə yaşadıqlarının çətin ancaq keçici oldugunu və hər şeyin mütləq yoluna girəcəyini sıxlıqla xatırladın.