Qadin.NET / Linzalar

Linzalar

 

Son dövrlərdə optik və adi linzalar dəbə minib. Bəziləri rəngli linzalara üstünlük versələr də, digərləri sadəliyi üstün tutaraq qara və qəhvəyi rəngli linzalardan istifadə edirlər. 

Linzalarla çox ehtiyatlı davranılmalıdır. Belə ki, gözləri sığortalayan, onlarla birbaşa əlaqədə olan, görmə qabiliyyətini maksimum dərəcədə yaxşılaşdıran məhz linzalardir. Adətən linza alınarkən onun yanında təmizləyici su, dəsmal və linzaları yerləşdirmək üçün xüsusi qab olur. 

Linzaların taxılması 

 

Linzanı taxmazdan əvvəl əlləri sabunla yumaq (yaxşı olar ki, 2 dəfə), sonra isə kağız dəsmalla silmək lazımdır. Taxarkən və çıxardarkən bu əməliyyatı yerinə yetirmək vacibdir. 

Daha sonra linzanı işarət barmağımızla götürürük. Ovcumuzun içində linzanı uyğun mövqedə tutub işarət barmağımızla götürürük. 

Göz qapaqlarımızın açıq qalması üçün linzanın olduğu əlimizlə alt göz qapağını, digər əlimizlə üst göz qapağını tuturuq. Gözümüzü açıq saxlayaraq işarət barmağımızdakı linzanı gözümüzə yaxınlaşdırırıq və göz bəbəyinə dəyməsini təmin edirik. Bir az yapışmasını gözlədikdən sonra gözümüzü bağlayırıq.

Linzalar

Linzanın çıxarılmasında da eyni qaydayla gözümüzü açıq tutaraq işarət barmağımızı linzaya ehtiyatla toxunduraraq (çalışmaq lazımdır ki, dırnaq linzaya toxunub onu zədələməsin) çıxarırıq. 

Linzalar və makiyaj 

Linzanı makiyaj etmədən əvvəl taxmaq və makiyajı təmizləmədən əvvəl də çıxarmaq lazımdır.

Makiyaj və makiyaj təmizləmə vasitələrinin linzalarla təmas etməməsinə diqqət yetirin.

Göz qələmindən istifadə etməyin. 

Linzalarnın təmizlənməsi

 

Linzaları çıxardıqdan sonra təmizləmək lazımdır. Bunun üçün linzanı ovucunuza alaraq bir neçə damcı təmizləyici məhlul damlatdıqdan sonra işarə barmağınızla yüngülcə ovalamaq lazımdır. Bu zaman dırnaqlardan istifadə etmək olmaz. Sonra linzanı təmizləyici məhlulla doldurulmuş qablara yerləşdirin. Linzalar bu məhlulun içində ancaq 6 saat qaldıqdan sonra təmizlənmiş hesab edilir. İstifadə etmədiyiniz linzaların məhlulunu həftədə bir dəfə dəyişdirin. 

Nələrə diqqət yetirməli

 

Linzalardan həkim müayinəsindən sonra istifadə edilməlidir və davamlı olaraq həkim nəzarətindən keçməlisiniz. 

Əllərinizin və dırnaqlarınızın təmizliyinə diqqət yetirin. 

Linzaları taxmazdan əvvəl və çıxardıqdan sonra təmizləyici məhlulla təmizləyin. Qablardakı məhlulu hər gün dəyişdirin. 

Linzanı kran suyu və ya hər hansı bir suyla təmizləmək olmaz! 

Duş qəbul edərkən və üzərkən linzadan istifadə etməyin. 

Gözünüzdə hər hansı bir narahatlıq, qızarma, bulanıq görmə, ağrı kimi şikayətiniz olduqda dərhal linzanın istifadəsinə ara verərək həkiminizə müraciət edin. 

Linzaları çıxarmazdan əvvəl gözünüzdə olduğundan əmin olun. 

Linzaları həkiminizin təklif etdiyi müddətdə istifadə edin. Heç bir problem hiss etməsəniz belə, istifadə müddətini aşmayın. 

Göz həkiminizə məsləhətləşmədən göz damcısı və məlhəmi istifadə etməyin. 

Yalnız öz linzalarınızdan istifadə edin, öz linzalarınızı da başqalarıyla paylaşmayın. 

Təmizlik məhlulunun qapağını açıq saxlamayın, şüşənin ucuna toxunmayın. 

Linzaları gecə yatmazdan əvvəl çıxarın.

23 iyun 2011
GO BACK