Cədvəl qurmaq
Tələbələrin ilk etdiyi şey, cədvəl qurmaqdır. Onlar nəyi nə vaxt oxumaq üçün cədvəl qururlar və günün çox hissəni bu cədvəli qurmağa həsr edirlər. Lakin çox vaxt bu cədvələ riayət etmirlər.
Materialları toplamaq
Bəzi tələbələr imtahana hazırlaşarkən, bütün kitabları, dərs materiallarını, bu vaxta kimi olan imtahan materiallarını toplayırlar və sonda təşvişə düşürlər.
Gözlərini divara zilləmək
İmtahan qabağı hər şey maraq oyatmağa başlayır, hətta divara göz zilləmək də. Bu vəziyyətdə saatllarla, heç nə düşünmədən qala bilirlər.
Dostlarla əlaqə saxlamaq
Tələbələr dostlarına zəng edərək, imtahana hazırlaşmaqlarının hansı mərhələdə olduğunu öyrənməyə çalışırlar. Bəzən bu təkan versə də, bəzən təşviş yarada bilir.
Televizora baxmaq
Tələbələr imtahana hazırlaşarkən arada fasilə götürürlər. Bu fasilə çox vaxt 15 dəqiqəni keçir. Beləliklə, televizorda o serialdan bu seriala çevirərək vaxtlarını boş yerə xərcləmiş olurlar.
Həddindən artıq yemək
İmtahan həyəcanı, stress insanı çox yeməyə sövq edir. Ardınca, yuxu gəlir.
Peşmanlıq
Bütün bunların sonunda peşmanlıq yaranır. Peşmanlıq hissi keçirməmək üçün dəsrlərə diqqət cəmləməyin yolunu tapmaq lazımdır.