Limonun faydaları
Limon bir çox bitkidən fərqli olaraq çox canlı və kəskin bir qoxuya sahibdir. Tərkibindəki A, B və C vitamin birləşmələri; kalsium, maqnezium, mis, manqan və güclü antioksidanlarla birlikdə bir çox fayda verərkən, ağzımızı sulandırır. Amma ən vacibi tənəffüs yolları problemlərilə ( astma, qrip, alergiyalar) döyüşdə bizə kömək edir. Gecə yatmdan əvvəl kəsdiyniz bir neçə limonu yatağınızın yaxınına qoysanız, tələffüs yollarındakı problemləriniz yüngülləşəcəkdir. Sizi gözləyən gözəl bir səhər, sağlam və daha rahatlamış bir şəkildə oyanacaqsınız. Limonun özü kimi yağı da bir şəfa mənbəyidir. Evinizdə limon yağına da yer ayırın, çünki təsiri çox böyükdür. Limon yağı stress və hirslənmə probleminə yaxşı gəlir. Sadəcə biraz qoxulamağınız lazımdır.
Limon yağının digər xeyirləri:
- Ürək bulanma və qusma hissini azaldır.
- Astma infarktlarını yüngülləşdirir.
-Ciyər infeksiyalarına səbəb olan bakteriyaları öldürür.
- Xərçəng hüceyrələrinin böyüməsinə mane olur.
- Paltarlarınızım parlaq və təmiz qoxulu olmasını əmin edir.
Sadəcə limonun özü deyil, limon qabığı yağının da faydaları yaxın tarixdə kəşf edilməyə başlamışdır. Akdeniz insannında xərçəng və xroniki xəstəliklərinin az görülməsinin səbəbi də elmi çalışmalarda diqqət çəkmişdir. Limon qabığındakı D-Limonen maddəsi digər narıncı qabığlı qidalarda da var. Xərçəng hüceyrələrinin çoxalmaını saxladığından şübhələnilən D-Limonen maddəsinin edilən təcrübələrdə mədə, bağırsaq, döş və pankreas kimi bir çox xərçəng xəstəlikləridə təsiri olduğu düşünülür.
Eyni zamanda bu maddə yüksək təzyiqə təsir edir. Ürək və damar xəstəliklərinə də yaxşı gəldiyini bir çox mütəxəssis təsdiq edir. Yəni siz yaxşısı limondan əldə edilən hər çür nemətlərdən faydalanın.