Avropada hər il 500 tona yaxın soğan qabığı zibil yeşiyinə atılır. Ancaq soğan qabıqlarının faydalarını öyrəndikdən sonra bu nisbət artıq düşəcək və soğan qabığları tullanmayacaq.
Ürək damar xəstəliklərindən qoruyur
Edilən araşdrmalar, soğan qabıqlarının antioksidan anbarı olduğunu ortaya çıxartdı. Qan axışını tezləşdirərək ürək damar xəstəliklərinə tutulma riskini ortadan qaldırdığı öyrənilmişdir.
Xolestrolu tarazlaşdırır
Həkim Viktor Gurewich, çiy soğanın və soğan qabıqlarının müxtəlif şəkildə istifadəsi, yüksək sıxlıqla olan yağ proteini istehsalına köməklik göstərir və xolestrolu tarazlaşdırdığını söyləyir.
Təzyiqi tarazlar
Edilən araşdırmalarda soğan qabığının tərkibindəki mineralların təzyiqə xeyirli olduğunu və təzyiq xəstələrini müalicə ettiyi aydınlaşmışdır.
Xərçəng və şəkər xəstəliyinin qarşısını alır
Araşdıramcı Vanesa Benitez, xərçng, iki tip diabet və ürək-damar xəstəliklərinin soğan qabığı istifadəsi ilə yox olduğunu bildirdi.
Saç çıxmasına köməklik göstərir
Araşdırmalarda, tərkibində sulfid olan soğan qabığının saç köklərini gücləndirdiyi və saçların uzanmasını tezləşdirdiyi aydınlaşdırıldı.
Soğan qabığı necə istifadə edilməli?
Ayırdığınız soğan qabıqlarını soyuq suda yaxşıca yuyub təmizləyin. Sonra qaynamış suyun içərisinə ataraq 5 dəqiqə qaynadın. Daha sonra suyunu içə bilərsiniz. Ayrıca soğan qabıqlarını yeməyinizə və ya salatlarınıza da əlavə edə bilərsiniz.