Qadin.NET / 2 aprel - Kəlbəcərin işğalı

2 aprel - Kəlbəcərin işğalı

2 aprel - Kəlbəcərin işğalı

 

Ərazisi - 1936 km2

Əhalinin siyahısı  – 53.962 NƏFƏR

Coğrafi mövqeyi

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır (3724m). Ərazinin çox hissəsi meşəlikdir. Rayonda 132 yaşayış məntəqəsi vardı. Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.

İqtisadi xarakteristikası

Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

İnzibati mərkəzi - KƏLBƏCƏR

İŞĞAL TARİXİ - 2 - 4 APREL 1993-CÜ 

2 aprel - Kəlbəcərin işğalı

Qəsəbələr\kəndlər

Kəlbəcər Şəhəri, Istisu Qəsəbəsi, Ləmbəran Ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılınclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarlı, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, Comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli, Günəşli.

1998-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Bir faktı qeyd edək ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli adamlar respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı görmədilər. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. Respublika rəhbərliyindən qayğı görməyən ərazi bir ucdan boşalırdı. Düşmənlərimiz isə fürsəti əldən vermir, əsaslı müqavimətə rast gəlmədikləri üçün günbəgün irəliləyirdilər. 1993-cü ilin mart ayı bu bölgəyə qara gəldi. Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.

İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.

1933-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.

Hazırda Kəlbəcər rayonunda olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 44 rayon və şəhərində məskunlaşmışlar. Onlardan 116 ailə çadırda, 8988 ailə ictimai binalarda, məktəblərdə, 351 ailə yol kənarında və humanitar təşkilatlar tərəfindən tikilmiş müvəqqəti yaşayış yerlərində yerləşdirilmişdir. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri yetim qalmışdır.

2 aprel 2017
GO BACK