Qadin.NET / 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!
Bayramınız mübarək

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!

8 Mart 1857-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyiylə bir tekstil fabrikində tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.

 

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!

 

 

26-27 Avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart "Dünya Qadınlar Günü" olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi. Alman inqilabçısı Klara Setkin Beynəlxalq qadınlar günü ideyasının müəllifidir. Klara ənənəvi alman ailəsində böyümüşdü. Soyad, hansıyla ki, Klara tarixə girdi, o soyad həyat yoldaşı Osip Setkinə aid idi. 1882-ci ildə evlənən cütlüklər 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi. Klara Setkin bu vaxtlarda alman fəhlə hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci beynəlxalq sosializm konfransına nümayəndə seçdilər.

8 mart 2020
GO BACK