Etdiyiniz işdə özünüzü inkişaf etdirdikcə və sahənizdə mütəxəssisləşdikcə artan inamınıza paralel olaraq təşkilat içində və xaricində insanlar tərəfindən seçilməyə başlayarsınız. Yaratdığınız fərq və qatdığınız dəyərə paralel olaraq bəzən mükafat, bəzən qalxma, bəzən də daha əhəmiyyətli məsuliyyətlər, vəzifələr alarsınız.
Təcrübələrdə diqqət çəkən ən əhəmiyyətli şey, bəzilərinin eqosuna məğlub olub (ulduz xəstəliyinə tutulub) özündəki inkişafa çox çox əhəmiyyət verməsi, özünü iş həyatının mərkəzinə qoyması və etdiyi hər şeyin qarşılığını pul ya da vəzifə olaraq gözləməsi olmuşdur. Bu nöqtədə bu kəslərin diqqətdən yayındırdıqları şey, şöhrətlərinin aldığı zərərdir. Uzun müddət əmək verərək əldə etdiyiniz fərdi şöhrətiniz ya da digər bir deyimlə fərdi brendiniz sizin ən böyük xəzinənizdir və onu qorumaq məcburiyyətindəsiniz. Buna görə də balanslı davranmağınız çox əhəmiyyətlidir.
Sizə təklifim, mükafatı hədəf alaraq etdiyiniz işlər gerçək müvəffəqiyyətlərinizi göstərməz. Çünki hər kəs(idarəçilər) hər şeyin fərqindədir. Sizin inanaraq, könüldən və istəyərək etdiyiniz işlərin nəticələri sizə gerçək müvəffəqiyyəti, şöhrəti gətirər.
İş bitirmə bacarığınızı brendləşdirin. Yəni sizə verilən işi, hər cür məhdudiyyət altında, hər kəsə və hər şeyə baxmayaraq bacarmağı hədəfiniz edin. Hədəfinə çatan ox olmaq əhəmiyyətlidir. Yoxsa nə qədər möhkəm olduğunuz ya da nə qədər sürətli getdiyiniz deyil. Başladığınız işi bitirin və özünüzü bitirdiyiniz işlərlə təyin edin. Vəziyyətdən vəzifə çıxarmaq və çıxan vəzifəni ən yaxşı şəkildə və zamanında etmək davranış tərziniz olmalıdır.
Karieranızda yüksəlmək demək yalnız maaş ya da vəzifə artımı olmamalıdır. Eyni zamanda məsuliyyətiniz də artırsa yaxşı bir fərdi brend meydana gətirmə yolundasınız deməkdir.
İşlədiyiniz şirkəti bir gəmi kimi düşünün. O gəmidəki məsuliyyətinizi yerinə yetirməsəniz gəminin irəliləməyəcəyini unutmayın. Hətta sizin müvəffəqiyyətinizin sizinlə birlikdə işləyən iş yoldaşlarınızla olan əməkdaşlıq və koordinasiyaya da bağlı olduğunu unutmamağınız lazımdır. İş yoldaşlarınızla quracağınız yaxşı əlaqələr sizin fərdi brendinizi gücləndirici əhəmiyyətli faktorlardan biridir.
İdarəçinizi ancaq onun idarəçisini razı saldığınızda razı sala bilərsiniz. (Yanıtmac kimi oldu) Böyük şəkili görməyə çalışın və idarəçinizin hesabat verəcəyi tərəfi razı salacaq nəticələrə diqqət edin. Beləcə hər cür qazanma şansınızı artırarsınız.
Öz brendinizi inkişaf etdirmək marafon qaçışıdır, sürət qaçışı deyil. Bu qaçışda qarşınıza bir çox maneə çıxa bilər, yorula bilərsiniz. Ancaq nə olursa olsun yolunuzdan çıxmamağınız və bezməməyiniz çox əhəmiyyətlidir. Həyatınız boyu yaxşı-pis insanlarla bir yerdə olacaqsınız və hər cürüylə birlikdə yaşaya bilməyi öyrənməyiniz lazımdır.
Nə isə edərək irəliləyərsiniz, nəyinsə olmağını gözləyərək deyil. Özünüz üçün özünüz varsınız unutmayın!
Yolunuz açıq olsun!