Dünya əhalisinin çoxu çox işləyir, çox stresli və az qazanır. Bu səbəbdən daha çox enerji yığmaq üçün enerji içkilərindən qəhvəyə kimi hər şeyi yoxlayırlar. Bəziləri isə bunun üçün olduqca yaradıcı üsullara əl atır.
İspaniyada yaşayan Sabina adlı bir qadın hər gün bir fincan qəhvə içməyin heç bir işə yaramadığına qərar verdi. Qəribə bir şəkildə, enerjisini artırmaq üçün gündə bir istəkan ana südü içməyə başlayır. Bunun üçün yaxın bir dostunun südünü istədi.
Yaxın vaxtda araşdırmalar, ana südnün cildə yaxşı gəldiyini, immuniteti gücləndirdiyini və böyüklərin də içə biləcəyini ortaya çıxartmışlar. Bədən inkişafına köməkçi olduğunu, kimyəvi terapiya görən xəstələr isə yan təsirlərindən ana südü ilə xilas olduqlarını deyirlər.
Sabina, yayımlanan yazısında ana südünün şəkərli bir dadı olduğunu, ancaq iştah açıcı olmadığını və içdikdən sonra enerjili və təmizlənmiş hiss etdiyini dedi.
Buna qarşı əmizdirmə danışmanı Alba Padro, bu təsirlərin psixologi olduğunu, ana südünün sadəcə körpələr üçün faydalı olduğunu bildirdi. Həmdə kimyəvi terapiya xəstələrini doğurudan da yaxşılaşdıracağını qəbul etdi.