Qadin.NET / İşləyənlərə xəbərdarlıq

İşləyənlərə xəbərdarlıq

 

İşləyənlərə xəbərdarlıq

 

Texnologiyalardan uzaqlaşmaq

Telefonunuzu, kompyuterinizi söndürün. Davamlı gələn mesajlardan və yeniləmələrdən özünüzü uzaqlaşdırın. 2009-cuilin oktyabır ayında aparılan araşdırmalara görə həfdə də bir dəfə e-maillər və mesajlara baxmamaq insanların işdəki vəziyyətləri haqqında daha xoşbəxt və motivasiyalı olmalarına köməklik göstərir. Axşam hansı saatda olmasına qərar verin və hər gün ən az yarım saat ərzində texnolojiyadan uzaq dayanın.

Boş vaxtınızı planlaşdırın

Sizdən gözlənilənləri  etmək üçün  öz vaxtınızdan imtina etmək özünüzü bitmiş halda görmənizə səbəb ola bilər. Əgər təqvimizdə işarələsəniz boş vaxtlarınızı dəyərləndirməniz daha asan olacaq. Hər həftə işinizlə məşğul olmadığınız vaxtları aydınlaşdırın və öz qaydalarınıza riayət edin. Gündə 15-20 dəqiqədə olsa da vaxt ayırsanız, bu ruh vəziyyətinizdə dəyişiklik olacaqdır.

İşləyənlərə xəbərdarlıq

 

Yox deməyi öyrənin

İşdəki yeni layihələrə yox deməyiniz mümkün olmasa da, iş və şəxsi həyatınızda tarazlığınızı qurmaq üçün işdən sonrakı vaxtınızna qənaət etmək üçün yox deməyi öyrənin. Boş vaxtlarınızı dəyərləndirin və bu vaxtınızda sizi xoşbəxt edəcək, sizi inkişaf etdirəcək şeylərlə məşğul olun. Bəlkə sizi çox da xoşbəxt etməyəcək bir dəvətə getməyə məcbur qala bilərsiniz. Yox deməyi öyrənin və ya bəli demədən əvvəl məsələnin nə dərəcə önəmli olduğunu dəyərləndirin.

Həftə sonu işlərini edin

Əgər həftə içi çox sıx işləyirsinizsə, eləməli olduğunuz işləri həfdə sonuna qala bilər. Bu vəziyyətdə boş vaxtlarınızda da işləməli olursuz. Eləməli olduğunuz işləri həfdə içi az-az etməyə çalışın. Beləliklə siz həftə sonu özünüzə daha çox vaxt ayıra bilərsiniz.

Meditasiya ilə məşğul olun

Gün ərzində daha çox iş görməklə vaxtı uzada bilməzsiniz, amma vaxtı daha verimli edə billərsiniz. Meditasiya insanların daha uzun zaman diqqət cəmləməsinə  kömək edir. Əgər gün ərzində daha effektiv hiss etsəniz, daha az vaxtda daha çox iş etmiş olarsınız və özünüzə daha çox vaxt ayıra bilərsiniz.

 

7 fevral 2017
GO BACK