Ölkəmizdə hər 5 ailədən təəssüf ki, 4ündə rast gəldiyimiz əsas problemdən biri valideynlərin övladlarının yanında yatmasıdır (ana qızının yanında, ata da oğlunun yanında yatır). Körpəlik dövründə qısa müddət yatmış ola bilərsiniz, lakin, övladlarınız böyüdüyü zaman yoldaşınızla eyni yatağı deyil, uşaqla otağı vəya yatağı paylaşmağınız onlar üçün olduqca yaralayıcı və travmatikdir.
Gələcəkdə öz psixoloqlarına danışacaqları vəya travma araşdırılarkən ortaya çıxa biləcək bir mövzudur. Övladlarınızın inkişafına mənfi təsir edəcək məqamlardan çətinin, yaxınlarınızı da bu məlumatdan xəbərdar edin.
Ata-ana rolu, ər-arvad rolunu üstələməməlidir. Hər iki rolun da öz məsuliyyətləri vardır. Yaxşı ər-arvad olarkən, övladlarınız üçün də düzgün nümunə ola bilərsiniz valideyn olaraq.
Yataqları ayırmayın.
Psixoterapevt Şəbnəm Sadiqova