Anası sizi bəyənmir? Bəs niyə?
Bəzi analar hər şeyi qəbul edərkən, bəziləri oğullarının sevdikləri qızın ilk pis xüsusiyyətlərini görürlər.
Əgər sevgilinizin anası sizi istəmədiyini açıq-aydın hiss etdirirsə, üstünə getməyin. Səbəbləri sonsuzdur. Sizə bir səbəb göstərirsə də, bu səbəb sizə aid olmaya bilər.
Nəyi səhv edirsiniz?
Sevgilinizin anası haqqında danışırsınızsa, mübahisəyə girib hörmətsizlik edirsinizsə və ya süni hərəkətlər sərgiləyirsinizsə səbəbi aydındı...
Bundan başqa, sevgilinizi anası və sizin aranızda seçim eləməsinə məcbur edirsinizsə, bu ən önəmli səbəblərdən biridir. Üstəlik çoxu anasını seçəcəkdir.
Sevgiliniz nəyi səhv edir?
Sevgiliniz anasının hər dediyini edirsə, bu onun səhvlərindən biridir. Əlbəttə ki, anasının düşüncələri önəmlidir. Amma anasının fikirlərini sizinkindən daha üstün tutursa, o zaman münasibətinizi gözdən keçirsəniz pis olmaz. Sevgiliniz ikinizin də fikirlərinə önəm verməlidir. Əslində sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.
Əgər nə sizdə, nə də sevgilinizdə səhv yoxdursa, həlli mümkündür.
Həll yolları
- Sevgilinizlə bu məsələni danışın. Beləliklə, anası ilə sizin aranızda bir problem olduğunu başa düşəcəkdir. Əgər əhəmiyyət verirsə, ikinizin arasındakı münaqişəyə həll yolu axtaracaqdır. Bu vaxt ərzində anasına qarşı hörmətsizlik göstərməməlidir.
- Ananızla bu məsələni danışın.
- Hər zaman alicənab olun. Sevgilinizin anası sizdən nifrət edirsə, qəti sizdə nifrət etməyin. Əksinə bu nifrəti göz ardı edib gülümsəyin. Hər nə qədər sizə iynələyici cavab versə də, siz alicənablığınızdan əl çəkməyin. Bu sizi yüksəldəcək bir davranış olacaq.
- Alicənab, amma özünə güvənən biri olun. Sevgiliniz sizi qorumursa, siz özünüzü hörmətsizlikdən qoruyun. Anasının düşüncələrinə hörmətlə yanaşın, amma öz düşüncələrinizidə bildirin. Anası bunu bəyənməsə də, ən azından güclü xarakterə sahib olduğunuzu görəcəkdir.
- Əgər bunlar heç biri fayda vermirsə, anası heç vaxt dəyişməyəcəkdir. Sizi sevməsi üçün məcbur etməyin və axışına buraxın.